Elçibəy KQB Agentidir

0
1061

“Mən mədhiyyə aşiqi olsaydım əgər mənə mədhiyyə deyənləri ətrafımdan uzaqlaşdırmazdım. O cümlədən KQB-nin bütləşdirib sizə sırıdığı Əbülfəz Əliyevi”.

A24.Az xəbər verir ki, bunu Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Nemət Pənahlı Azərbaycanın sabiq prezidenti Əbülfəz Əliyev haqqında deyib.

N.Pəhanlı bildirir ki, bu dünyada mənə Ə.Əliyevdən çox mədhiyyə deyən olmayıb:

“O, məni Milli Azadlıq Hərəkatının peyğəmbəri adlandırıb. Bunu minlərlə insanın yanında deyib və o insanların da hamısı ölməyib, kifayət qədər şahidlərim var! Bu dünyada Əbülfəz Əliyev qədər məni tərifləyən, Məhəmməd Hatəmi Tantəkin qədər də tənqid edən ikinci bir adam olmayıb. Ancaq mən Əbülfəz bəy məni tərifləyib deyə onu tərifləməmişəm, baxmayaraq ki, bu gün də onu bütləşdirən qüvvələr var. Hatəmini isə məni tənqid, hətta təhqir etdiyinə görə pisləyib başqaları kimi Məhəmməd Hatəmi Tantəkinin haqqını danmamışam”.

“Mən insanlara qiymət verəndə onların mənə qarşı olan münasibətinə görə yox, onların vətənə millətə etdikləri xidmətə və ya xəyanətə görə qiymət verirəm! Tənqid başqa şeydi, təhqir başqa. Mənim Əbülfəz bəylə aramda olan tarixi diolaqu hadisələrə aydınlıq gətirmək məqsədiylə dediyim fikirləri; təhqir hesab edirsiniz, ancaq sözlərinizə çəki düzən vermirsiniz. Mən bir insanın üzünə demədiyim sözləri heç vaxt arxasıyca deməmişəm. Dostluğu da, düşmənçiliyi də həmişə kişi kimi eləmişəm. Əbülfəz bəyin üzünə dediyim sözlərin, tənqid və ittihamların video yazılarını tarixi həqiqət naminə zamanı gəldikcə “youtube”a yükləyib xalqa da, sizə də çatdıracam”, – deyə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri əlavə edib.

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri vurğulayır ki, xalq bu acı həqiqətləri biləndən sonra hər şeyə obyektiv qiymət verəcək, mən buna əminəm:

“Mən türk oğlu, türkəm. Türkün kitabında, törəsində, haqq və hüququnda sıravi əsgərin belə fərariliyini əfv etmək yoxdu, o ki qaldı ali baş komandanın. Xahiş edirəm kraldan çox kralçılıq etməyin! Mən bu dəqiqə həmin 70-ci illərdə Əbülfəz bəyin həbsi ilə edilən reklamın əsl üzünü, həmin vaxtı KQB-ə yazdığı xahiş ərizəsini və KQB-nin qarşısında götürdüyü öhdəliyi öz dəsti xətti ilə yazdığı əl yazmasını paylaşaram və bu günləri mitinqdə tutulub həbsə düşən adi siravi hərəkat adamının türmədə dözmədən əfv yazmasını ittiham eləyib, az qala həqarətlə yanaşanlar başlarını soxmağa yer tapmaz”.

“Unutmayın ki, Azərbaycanın bu vəziyyətə düşməsində mən bir nömrəli günahkar kimi Əbülfəz Əliyevi tanıyıram. Bu mənim gəldiyim tarixi qənaətdir. Mənim Əbülfəz Əliyevin üzünə qarşı etdiyim itthamlarımın bir dənəsinə cavab verib özünə bəraət qazandıra bilməyib. Və məni sosial şəbəkələrdə bilərək, bilməyərək, xüsusən Gəncə hadisələri ilə bağlı ittiham edən şəxslərin nəzərinə çatdırıram ki, əgər Nemət Pənahlı həyatını riskə qoyaraq Gəncə hadisələrinə müdaxilə etməsəydi bu gün nə müstəqil Azərbaycan dövləti yox idi, nə sosial şəbəkələrdə özlərini lider kimi sırıyan kürsü və hakimiyət hərisliyi ilə alışıb yanan liderciyəzlər bu işıqlı dünyada yox idilər. Gəmi batanda birinci siçovullar qaçır. Unutmayan ki, mən batan gəmi deyiləm”, -deyə N.Pənahlı əlavə edib.

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədrinin sözlərinə görə, bütün adlarını çəkdiyim adamları və onların əshabələrini dialoqa çağırıram:

“Həqiqət ortaya çıxsın deyə. Neçə ki bu hadisələr bütün incəliklərinə qədər aydınlaşdırılıb xalqa çatdırılmayıb xalq düşdüyü bu iqtisadi, siyasi, hərbi, mənəvi böhrandan çıxa bilməyəcək. Mən həyatımda nə etmişəmsə vətən, millət, haqq naminə etmişəm. İnşallah əmin olun və unutmayın ki, bu Milli Azadlıq Hərəkatında ilk sözü də mən demişəm, son sözü də mən deyəcəm!”

Nemət Pənahlı sonda bildirir ki, çoxsaylı insanların xahişlərini nəzərə alaraq bu tarixi sənədin surətini və mətnini sizlərə təqdim edirəm:

“Mən bütün səhvlərim haqda istintaq zamanı məlumat vermişəm. Xahiş edirəm ki, özümü doğrultmaq üçün mənə güzəştə gedib, imkan yaradasınız. Söz verirəm ki, bundan sonra hər yerdə dövlət və partiyanın leninçi siyasi xəttini ardıcıl müdafiə edib onun həyata keçirilməsində səylə çalışacağam. Xahiş edirəm ki, qanun daxilində mənim Sov.İKP sıralarında qalmağıma kömək göstərəsiniz. ” 06.02.1975. Ə.Əliyev.

 

CEVAP VER

Please enter your comment!
Please enter your name here

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.