Ərbəində Özlərini İmam Hüseynin Məzarına Yetişdirirlər

Ərbəində Özlərini İmam Hüseynin Məzarına Yetişdirirlər

0 80

Bu gün(dünən) hicri-qəməri tarixi ilə səfər ayının 20-i İmam Hüseynin qırxı yəni Ərbəin gündür. Bu gündə on milyonlarla dinindən və məzhəbindən asılı olmayan əhli-beytçilər piyada olaraq Kərbəlaya üz tuturlar və Ərbəində özlərini İmam Hüseynin məzarına yetişdirirlər.

İslaminSesi.info İraq KİV-lərinə istinadla xəbər verir ki, bu əzəmətli Ərbəin mərasiminin təhlükəsizliyinin təmin edilməsi üçün 25 min təhlükəsizlik qüvvəsi səfərbər edilib.

 

Ötən gün səhər İraqın rəsmi mənbələri verdikləri statistikada bildiriblər ki, Kərbəlaya minimum 10 milyon zəvvar daxil olub.

 

Ərbəin ərəfəsində Kərbəla şəhərinə gələcək zəvvarların sayının 20 milyona çatacağı təxmin edilir.

 

İraq rəsmi hərbi mənbələri indiyə qədər bir terror aktının baş vermədiyini deyiblər.

Henüz yorum yapılmamış

Yorum yap