Fransada Ermənipərəst Deputat Cəzalandırıldı

Fransada Ermənipərəst Deputat Cəzalandırıldı

229

Fransa Milli Assambleyasının deputatı, “erməni soyqırımı”nın inkar edilməsinin cinayət hesab olunması ilə bağlı qanun layihəsinin müəllifi Valeri Buaye parlamentdəki köməkçisini səbəbsiz işdən qovduğuna və ona qarşı mənəvi zorakılıq göstərdiyinə görə Eks-an-Provans şəhərinin apellyasiya məhkəməsi tərəfindən cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, məhkəmənin qərarı ilə deputat real və ciddi səbəb olmadan işdən azad etdiyi köməkçisi Mari-Lorans Makaluzoya 37 min avro ödəyəcək.

Mari-Lorans Makaluzo dəfələrlə Valeri Buaye tərəfindən mənəvi zorakılığa, təzyiqlərə məruz qaldığını bildirib.