İDEYALARIMIZA GÖSTƏRƏ BİLƏCƏYİMİZ SƏDAQƏTİMİZ VƏ SAMİR İSGƏNDƏROĞLU

0
1328

 

İDEYALARIMIZA GÖSTƏRƏ BİLƏCƏYİMİZ SƏDAQƏTİMİZ VƏ SAMİR İSGƏNDƏROĞLU

Bir neçə gündür müxtəlif saytlarda və sosial media məkanında bir xəbər mübarək qədəmləriylə tüğyan edir. Həmyerlimiz Samir İsgəndəroğlu qardaş Türkiyənin Böyük Millət Məclisinə millət vəkili olmaq üçün hakim partiya AKP tərəfindən adaylığını qeydiyyatdan keçirib. Başqalarını bilmirəm, bu xəbər mənim üçün olduqca sevindiricidir. Baxmayaraq ki, Samir bəyi çoxdan tanıyıram, bu xəbərin bir böyük olay şəklində məndə yanğı oyandırması BAŞQA BİR aspekdən olduqca önəmlidir. Nədir məsələ? 
Biz əslində uzun illərimizi boşuna xərcləyən intellegentlərik, ya da intelllegent cocuqlarıyıq. Bu ölkədə illərdir hər cür ZAMAN kəsiminin imkanlarına baxmayaraq, bir dəyərli aydınımız və ya fikir adamımız olmadı ki, özündən sonra heç olmasa bir nəfər adam yetişdirsin. Bu adamın yetişgənliyi xalq, millət, ölkə üçün mənfəət sağlasın. Yetişdirdiyi o adam istənilən xarici gücün, düşüncənin, faktın önündəı yılmasın, geri çəkilməsin, həmən həzmi rabedən keçməsin, təslim olmasın. Min təəssüf ki, bizim fikir və düşüncə meydanımız hər kəsdən böyük və nəhəng olmasına baxmayaraq, o gənclərin yetişmə imkanlarını sağlamaqda olduqca maymaqlıq göstərdik. Çünki kimsəni bu millət, vətən, ölkə maraqlandırmadı. Hər kəs közü öz qabağına çəkdi. Özünü düşündü. Özündən başqa kimsəni gərəkən yerlərdə görmək istəmədi. Oysa bu şəkildə vətən, millət, ölkə namusunun davaçısı olmaq mümkün deyildi. Belə olduğu halda vətən millət, ölkə dediyin nəsnələr sənin özünə və nəsli-zatına qarşı gəlib bütün varlığını alt üst edər.
Əslində heç bir müqəddəs fikirlər, ideyalar, sistemləır sanki bizi götürmür, həzm edərək bünyəsinə alıb barındırmır. Çünki biz tarix boyunca bizim olan bütün düşüncələrə, ideyalara qarşı xəyanət etdik.
Biz ulusun gələcəyi naminə nə yeni düşüncələr ürətmədik, nə də yeni insan yetişdirmək haqqında bilmərrə heç bir çaba xərcləmədik. Ancaq…
Ancaq bu gün öz səriştəsi və intusiyası ilə qardaş Türkiyədə bu ölkənin bir oğlu böyük bir kürsüdən varlığımıza varlıq qatmaq istəyindədir. Samir İsgəndəroğlunun bu gözəl diləyi anlayanları, məsələnin mahiyyətini dərk edənləri olduqca sevindirir. Bu gün nədən türkdilli ölkələrin parlamentində qardaş xalqların nümayəndələri bir birini əvəz etməsin?
Nədən Türkiyədə Azərbaycan, qazaq, qırqız, özbək, türkmən, qaraçay, tatar boyunun təmsilçiləri olan qardaşlarımız bizim davamızı sürdürməsinlər ki?
Nədən Türkiyə türknün davasını, sorunlarını və dış problemlərini türkiyəli türklə çiyin çiyinə bir azərbaycan, qazaq, qırqız, özbək, türkmən türkü TBMM-də daşımasın?
Nədən eyni eşqlə və cürətlə Özbək parlamentosunda özbəyin, Qazaq parlamentosunda qazağın, Qırğız və Türkmən parlamentosunda qırğızın, türkmənin davasını, sorunlarını, problemlərini çiyninə alan, ürəyini bu yola qoyan Türkiyə türkü və digər türksoylu topluluqların nümayəndələri tapılmasın?
Niyə Azərbaycanın Millət Məclisində mənim dərdimi Türkiyə türkü və Orta Asiya türkləri dilə gətirməsinlər? Bəs yaxşı Allah bu topluluqları nədən erməni, rus, ingilis, yəhudi deyil, türk soylu yaratmış? Bunların türklüyü, mənsub olduğu soyun özəlliyi və gerçəkləri tarix və zaman qarşısaında kimə lazımdır?
Mən istərdim ki, Azərbaycan parlamentində də, məsələn Siyaviuş Novruzov, Fəzail Ağamalı, Zahid Oruc, Fazil Qəzənfəroğlu, Araz Əlizadə,Tahir Kərimli ilə birgə, sadaladığım qardaş türdilli xalqların da nümayəndələri bizləri təmsil etsinlər. Sözsüz ki, bütün bunlar deməklə olmur. Ən azından bu gerçəklərin gözəlliyə dönüşməsi üçün, gələcək xəyali millət vəkilllərinin də özlərində bir qeyrət olmalı, Samir İsgəndəroğlu kimi bir məsuliyyət daşıma instiktini ortaya qoymalı, özündə təpər tapmalıdır. İkincisi, bir qırğızın Azərbaycanda Millət Vəkili seçilməsi üçün özünü bu ölkədə rahat və doğma hiss etməsi, bu ölkənin parlamentində özünü Qırğızıstandakından daha rahat və ürəkli görməsi lazımdır. Biz buna nə qədər hazırıq? Elə onların özləri də buna nə qədər hazırdırlar? Ancaq bütün bunlar olması gərəkəın məsəlllərdir.
Bu gün Samir İsgəndəroğlu adlı bir yurtdaşımız qardaş Türkiyə Cümhuriyyətində yücə məclisə adaylığını vermişdir. Demək ki, Samir bəy yaşadığı bu ölkədə özünü daha yerli zənn etməkdədir ki, bu cəsarətdə bulunmaqdan çəkinməyib. Demək ki, bu günkü Türkiyə Cümhuriyyəti, onun işlək sistemi və xalqı Samir bəyə bu cəsarəti verib ki, o da bütün arzu və ümidlərini, diləklərini, məhz bu ölkədə, bu ölkənin yücə divanında reallaşdırmağı düşünür.
Samir bəy, çağdaş bir zehniyyətə sahib, sağlam düşncəyə sahib, çevik anlayışa və oturuşmuş köklü təfəkkürə sahib, nəyin harda OLDUĞUNU DAHA DƏQİQ BİLƏN BİR SOYDAŞIMIZ OLARAQ, İNANIRAM Kİ, Türkiyə Böyük Milllət Məclisidə türk xalqlarının və müsəlman aləminin haqq səsini dünyaya duyurmağı bacaracaq. Ən azından millətimizə hizmət etməyin dadını çıxarmağın nə qədər məsuliyyyətli olduğunu dərk edərək və etdirərək bacarığını, zəkasaını, gücünü bu yolda qoymaqdan çəkinmiyəcək. Söhbət ondan getmir ki, Samir bəy TBMM-dəki millət vəkillərindən biri olacaq. Əlbəttə, könül istərdi, bu diləyimiz də baş tutsun. Mənə görə, indiki durumda ən azından bu qeyrəti göstərmək, bu cəsarətdə bulunmaq, bu məsuliyyəti hiss etmək və bu yolda nümunə olmağın özü seçilməkdən, təmsil olunmaqdan daha üstündür, daha önəmlidir.
Mən şəxsən, Samir bəyə bu yolda uğurlar arzu edirəm. Arzu edirəm ki, uğur deyilən nə isə, onun zəhmətinin, inanc və çalışqanlığının əsir-yesiri olsun.

XANƏMİR TELMANOĞLU
Manera.az