Jurnalist Əfqan Muxtarlının Bacısı, Muxtarlı Nuranə Sabir Qızı və Onun Bir Azyaşlı Övladının,Qardaşı Ramazanın Azyaşlı Övladının Meyitləri Aşkar Edilib

0
886

Zaqatalada mənzildə meyiti tapılan qadın və iki azyaşlının şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır. Meyitlər tibbi müayinə olunmaq Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.Qeyd edək ki, həyatını itirən N. Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı, bacısı və qardaşının uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə  bu gün Zaqatala şəhərinin Saləddin Kazımov küçəsində qeydə alınıb.Evdə yaşayan ana və iki övladı evdə ölü tapılıb. İlkin ehtimala görə, ana və iki övladı dəm qazından zəhərlənib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.