Kəmaləddin Heydərov İtkin Düşən Alpinistlərlə Bağlı Tapşırıq Verdi

Kəmaləddin Heydərov İtkin Düşən Alpinistlərlə Bağlı Tapşırıq Verdi

247

Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı ilə əlaqədar yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilir.

Müşavirədə fövqəladə hallar nazirinin müavini, general- leytenant Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini müavini Firdovsi Əliyev və qərargahın rəhbərliyi iştirak edir.

***

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tapşırığı var. İtkin düşən 3 alpinist tapılana kimi axtarışlar davam etdiriləcək. Bu məsələ konkretdir.

Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən müşavirədə deyib.

Nazir müavini bildirib ki, itkin düşən 3 alpinistin axtarışında ancaq peşəkarlar iştirak etməlidir: “Burada avstriyalı mütəxəssislər iştirak edir. Onlar deyirlər ki, belə havada onların ölkələrində ümumiyyətlə axtarış aparmırlar. İtkin düşən alpinistlər ən asan – B 1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib”.

Quba rayonu ərazisində itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı davam etdirilir.

Mənbə: APA