Millət vəkili: “Azərbaycanın sabitliyi eyni zamanda regionun sabitliyi deməkdir”

Millət vəkili: “Azərbaycanın sabitliyi eyni zamanda regionun sabitliyi deməkdir”


 

Regionun iki vuran ürəyi olan Türkiyə və Azərbaycanın ikili münasibətlərinin bundan sonra da davam etməsi üçün bu seçkinin önəmi çox önəmlidir”. – Bunu www.hocalihaber.com saytına  açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İqdır millət vəkili Nurəddin Araz bildirib.

Millət vəkili qeyd edib ki, bu gün dünyada baş verən bütün prosesləri izləyərkən regionda mövcud olan proseslərdən ayrı baxmaq çox da düzgün deyil: “Azerbaycan və Türkiyənin bu günkü münasibətləri onsuz da dünyada tayı – bərabəri olmayan bir münasibətlər sisteminə sahibdir. Regional və qlobal layihələrin hər biri bu qardaş ölkələrin münasibətlərini daha da sıxlaşdırmaqla yanaşı, onları regionda söz sahibinə çevirib. Bakı – Tiflis – Ceyhan, Bakı – Tiflis – Qars, Bakı – Tiflis – Ərzurum kimi layihələrin hər birisi bu qardaşlıq əlaqələrinin təməl daşlarıdır. Və əminəm ki, bu seçkilərdən sonra da iki qardaş ölkə arasında mövcud olan sıx əlaqələr daha da güclənəcək və seçkilərdən çıxacaq nəticələrin nə olmasından olmayaraq, Azərbaycan regionda söz sahibi olmaqda davam edəcəkdir. Yəni, Azərbaycanın sabitliyi eyni zamanda regionun sabitliyi deməkdir”. O bidirib ki, Ermənistan devləti sərhədlərin açılması üçün səylərini səfərbər etsə də Türkiyə bu məsələdə həmişə Azərbaycanın yanında olacaq. Nə qədər ki Qarabağ torpaqlari azad olunmayib bu məsələ masaya gələ bilməz.