QARABAĞ DÖYÜŞÇÜSÜ ÖLÜM AYAĞINDADIR

0
828

QARABAĞ DÖYÜŞÇÜSÜ ÖLÜM AYAĞINDADIR

“Qarabağ döyüşcüsü olan polkovnik-leytenantın sağlıq durumu çox ağır, ailəsi isə çarəsiz vəziyyətdədir”
Kanal13-ə müraciət edən Suraxanı sakini Səyyarə Şirəliyeva deyir ki, həyat yoldaşı Kamil Şirəliyev Qarabağ müharibəsində indi işğal altında olan bütün rayonlarda xidmət göstərib, döyüşüb. Leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə yüksəlib.

1993-cü ildə başından qəlpə yarası aldıqdan sonra getdikcə iş qabiliyyətini itirməyə başlayıb. Bərdədə işlədiyi vaxt tankdan yıxılıb. Ehtiyatda olan zabit kimi təqaüdə göndərilib.

İndi Şirəliyevlər ailəsi çarəsiz durumdadı Qurban Cəbrayıl adlı şəxsin şəkli.

 

Tanıtım: Kamil Süleyman oğlu Şirəliyev 1960-cı ildə Kürdəmir rayonu Şilyan kəndində doğulub. Əvvəl Bakı Sosial İdarə etmə və Politologiya institutunun politologiya fakültəsini, sonra isə Bakı Ali Hərbi Dəniz Məktəbinin nəzdində zabit-siyasi işçi hazırlama üzrə kurs bitirib. Hələ sovetlər dönəmində Zaqafqaziya Hərbi dairəsində leytenant olaraq xidmətə başlayıb. Azərbaycan müstəqil olandan sonra öz ordumuzda xidmət edib. Torpaqlarımızı erməni təcavüzünə məruz qalanda isə bir hərbiçi kimi cəbhə bölgəsinə göndərilib. Gedib, xidmət edib, döyüşüb, bir neçə dəfə yaralanıb.

Kamil Şirəliyev 1997-ci ildən Suraxanı rayon” Müharibə, Əmək və Silahlı Qüvvələr” birliyinin üzvü, “Qarabağ müharibəsi veteranlar birliyinin” üzvü və 2008-ci ildə isə sədri seçilir. 2009 – cu ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə ” Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalları ilə təltif olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.