Mübariz İbrahimov hakkinda filim

Mübariz İbrahimov hakkinda filim



Türkiyəli rejissor Recai Bokurt Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov haqqında bədii filmin çəkilişlərinə başlayıb.

Filmin çəkilişləri ilə bağlı Azərbaucana gələn rejissor Azərbaycan və Türkiyənin mədəniyyət nazirliklərindən dəstək aldığını açıqlayıb.

www.hocalihaber.com www.teleqraf.com saytına əstənadən xəbər verir ki, filmin çəkilişləri  Biləsuvarda başlayıb,  Quba və filmin Bakı şəhərində davam edəcək.

Recai Bozkurt Mübariz İbrahimovun təkcə Azərbaycanın yox, Türkiyə və bütün türk dünyasının qəhrəmanı olduğunu deyib:

“Biz beş min illik bir millətə mənsubuq. Şərəflə doğulduq, şərəflə yaşayıb, şərəflə öləcəyik. Azərbaycanın milli qəhrəmanı bütün türk dünyasının qəhrəmanıdır”.

Qeyd edək ki, “Böyük Anadolu” layihəsi çərçivəsində yer alan silsilə filmlərdən ikincisi olan ”Qara bayraq: Mübariz İbrahimov” bədii filmi vasitəsi ilə rejissor Qarabağ həqiqətlərinin dünyaya yayılmasını, Azərbaycanın timsalında türk dünyasına qarşı törədilən zülm və haqsızlığın gündəmə gətirilməsinə çalışacaq.

Bu film Recai Bozkurtun Azərbaycanla bağlı sayca ikinci layihəsidir. Bundan əvvəl rejissorun Azərbaycan və Türkiyə həmrəyliyindən bəhs edən “Türk divanına…” adlı klipi yayımlanmışdı.