Ramiz Mehdiyev Elşad Abdullayev Savaşında Yeni Faktlar

0
124

Ramiz Mehdiyev işində ən böyük zərər çəkənlərdən biri də keçmiş Azərbaycan Beynəlxalq Universitetinin qurucusu və rektoru hazırda Fransada mühacir həyatı yaşayan ELşad  Abdullayevdir. Bu günlərdə özünün sosial paylaşım səhifələrinin birində Azərbaycan  Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin BDYPİ Qeydiyyat-İmtahan Şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayevin göndərdiyi arayışı paylaşıb. Elşad Abdullayevdən aldığımız məlumatda deyilir ki, o Azərbaycanda yaşayarkən Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əliyevdən 70 min ABŞ dollarına “NİSSAN TEANA” markalı avtomobil alıb. Yalnız xidməti maşın kimi istifadə etdiyi avtomobilinə  Ramiz Mehdiyev və Elşad Abdullayev qarşıdurması (bu mövzu ilə bağlı yazılarımız olacaq) zamanı əl qoyulub. Hüquqlarının bərpası ilə bağlı inadla mübarizə aparan keçmiş rektorun xidməti avtomobili haqqında Azərbaycan Baş Prokurorluğuna göndərdiyi məktuba 24.11.2012- ci il tarixində bu cavabı alıb.

Arayışdan da görünür ki, Elşad Abdullayevə məxsus avtomobil, Bakı şəhəri Nəsimi rayonu D. Əliyeva küçəsi 251A ünvanında qeydiyyatda olan “DRY İCE TECH” MMC-nin  adına qeydiyyata alınmışdır. Elşad Abdullayevin iddiasına görə onun şəxsi malı avtomobili ona satan Fikrət Əliyev tərəfindən qəsb edilmişdir. Və adı keçən MMC-yə əslində Fikrət Əliyev rəhbərlik edir. Biz də “DRY İCE TECN” MMC ilə bağlı araşdırmalarımla bağlı yazımız olacaq.