Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən növbəti biabırçılıq. Zərdab rayonu Gödəkqobu kənd sakini 18 yaşlı İkramlı Nəzmiyyə İkram qızı anadangəlmə şikəstdir. Sağalması mümkün olmayan xəstəliyi olsada ƏƏSMN-i ona əlillik dərəcəsi təyin olunmasından imtina edib. Nazirlik qeyd edir ki, Zərdab rayon Mərkəzi Xəstəxanası sənədləri düz göndərməyib. Xəstəxananın baş həkimi Ruslan Nemətli isə bildirir ki, pul vermədiyiniz üçün nazirlik əllik dərəcəsi təyin edilməsindən imtina verib. Qeyd edim ki, şikəst Nəzmiyyəyə paltarının geyinməsində və yemək yeməsində anası kömək edir.Həmdə onda qeyri-iradi sidik ifrazı xəstəliyi var. ƏƏSMN-nin bu hərəkəti adamın damarında qanını dondurur.
P.S ƏƏSMN-nın məsələ ilə bağlı münasibətini işıqlandırmağa hazırıq