Heydər Əliyev Elçibəy İktidarını Qəsb Etməyib

0
157

 

 

Mahir Cavadov: “Bizi  cəmi 70 əsgərimiz, Heydər Əliyev və  Elçibəyi isə  MİLİONLARDAN ibarət olan bütün Azərbaycan dəstəkləyirdi.”

 

Tarix siyasi yalanlarla doludur. Azərbaycanın müstəqillik tarixinə aid  bir çox yalan da uzun illərdir ki, xalqa doğru kimi servis edilir. Bu yalanlardan ən böyüyü 1993-cü ildə hakimiyyətə gələn Ulu Öndər   Heydər Əliyevin Elçibəy hakimiyyətini qəsb etməsi ilə bağlıdır. Yalanın ömrü 40 gün olsa da bu yalan uzun illər doğru kimi ciddi cəhdlə beyinlərə yerədilməyə çalışılıb.

Bu günlərdə siyasi mühacir Mahir Cavadovun Fb statuslarının birində məhz bu hadisə hakkında doğrular öz əksini tapıb.

“1993-cü il  İyun hadisələri HƏRBİ çevriliş deyildir.”  Mahir Cavadov İyun hadisələri hakkında yazır: ” 1993-cü il İyun hadisələrindən  əvvəl  gecə saat 03 iclasinda Rövşən Cavadov prezident Elçibəyi xəbərdar  etmişdir ki, faciələr baş verəcəkdir, o gərək prezident kimi  tədbir görsün. Lakin prezident Elçibəy onun xəbərdarlığına məhəl  qoymamışdır. O  zaman mənim  rəisim Baş prokuror İxtiyar Şirinova,  təklif etdim ki, məni yanina çağırsın, tədbir görək. Lakin, o da mənim xəbərdarlığıma  məhəl qoymadı. Məlum məsələdir ki, məmur kimi onlara tabe olan biz, zorla  kömək edə  bilməzdik. Rövşən Cavadov  hadisələr zamanı da prezident Elçibəyə  köməyimizi  təklif etdi. Lakin o biizm köməkdən imtina etdi. 91 ziyalini  öz özəl  təyyarəsi ilə Naxçıvana göndərib,  Heydər Əliyevi Bakiya dəvət etdi.  Rövşən Cavadova isə məmuru kimi əmir verdi ki, Heydər Əliyevi Baki limanında qarşılayıb onun yanına gətirtsin. Mən bunu bildikdə, Rövşən Cavadova təklif etdim ki, Qarabağ naminə Elçibəylə Heydər Əliyevi həbs edək. Lakin o mənim təklifimi qəbul etmədi. Niyə? Çünki, o zamanlarda bizi siyasi olaraq cəmi 70 əsgərimiz dəstəkləyirdi, Heydər Əliyev və  Elcibəyi isə  MİLİONLARDAN ibarət olan bütün Azərbaycan dəstəkləyirdi.”

Türkyənin Kanal 24 tv kanalı tərəfindən şəkilmiş “Keşkə Olmasaydı Karabağ” sənədli filmində Elçibəyin damadı Aqil Səmədbəyli siyasi yalanı -Heydər Əliyevin Elçibəy iktidarını qəsb etməsi nağılını türk xalqına servis edir.

(7) Keşke Olmasaydı – Karabağ Özel Bölümü – YouTube