Bakıda AĞIR QƏZA
Bu gün saat 07 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində 90 AP 232 dövlət qeydiyyat nişanlı “FİAT Doblo” markalı xidməti avtomobilin qəzaya uğraması nəticəsində ağır xəsarət alan Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı, 32 yaşlı Vəliyev Kamal Aftandil oğlu hələ də reanimasiyadadır. 3 saylı şəhər Klinik Xəstəxanasından Lent.az-a bildirilib ki, Nardarandakı posta növbəni təhvil almağa gedən polis avtomobilinin hasara çırpılması nəticəsində ağır kəllə-beyin travması alan Kamal Vəliyevin nazirliyin hospitalına aparılması gözlənilir. Lakin həkimlər onun vəziyyətində müsbət dinamikanın müşahidə edilməsini gözlədiklərini və həmin vaxta kimi aparılmasının məqsədəuyğun olmadığını bildiriblər.
Qeyd edək ki, məlum qəza nəticəsində avtomobili idarə edən əslən Xocalı rayonu Kərkicahan qəsəbəsindən olan polis serjantı, 1982-ci il təvəllüdlü Kərimov Qoşqar Salman oğlu və paytaxt sakini, 1987-ci ildə anadan olmuş Məmişov Elnur Eldar oğlu vəfat edib. Onların hamısı polis serjantı olub.