Ermənistanın suriyalı qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməsi beynəlxalq humanitar hüququ ciddi pozur.
Ermənistanın suriyalı qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməsi beynəlxalq humanitar hüququ ciddi şəkildə pozur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan nümayəndə heyətinin BMT-yə ünvanladığı məktubda deyilir.
Məktubda deyilir: “Azərbaycanın məcbur köçkünlərin probleminə həssas yanaşması başa düşüləndir. Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzün və ərazilərin işğalının davam etməsi nəticəsində bu gün Azərbaycanda dünyada daxildə yerdəyişməyə məruz qalmış ən çox sayda əhali yaşayır”
Məktubda əlavə olunur ki, bəzi siyasi liderlərin öz maraqları naminə məzlum mühacirlərdən istifadə etmək cəhdlərinə xüsusi diqqət ayrılmalıdır:
“Buna bariz misal olaraq Ermənistan tərəfindən suriyalı qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsini göstərmək olar ki, bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması deməkdir. Bununla erməni nümayəndə heyətinin əsas məqsədi isə suriyalı qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilməsi üçün maliyyələşdirilməyə nail olmaqdır”.