Ağrı dağında Nuhun gəmisinin axtarışı: Bəşəriyyəti təəccübləndirəcək məlumatlar əldə edilib

0
68

Türkiyənin Ağrı dağı ərazisində Nuhun gəmisinin axtarışı zamanı diqqətçəkən nəticələr əldə edildiyi açıqlanıb.

Bu barədə NTV telekanalına Türkiyənin Sivas Universitetinin professoru, beynəlxalq tədqiqat layihəsinin rəhbəri Cenkər Atilla bildirib.

“2026-cı ildə Ağrı dağı ərazisində Nuhun gəmisinin axtarışı üzrə işlər başa çatıb. Qazıntılar zamanı daşqından əvvəlki dövrə aid olduğu ehtimal edilən gil qablar aşkar edilib. Torpaq nümunələri araşdırılmaq üçün Ankaraya göndərilib. Torpağın analiz prosesi hələ davam edir. Hazırda 100 faizlik nəticə əldə etməsək də, bəşəriyyəti təəccübləndirəcək məlumatlara sahibik. Yaxın vaxtlarda bunlar elmi məqalələrdə və kitablarda dərc olunacaq”, – alim deyib.

Araşdırmalar Ağrı şəhərindən 28 kilometr məsafədə yerləşən Durupınar ərazisindəki gəmini xatırladan qaya formasında aparılır. Onun uzunluğu 164 metrdir. Bu göstəricinin Əhdi-Ətiqdə təsvir olunan gəminin 300 qulaclıq uzunluğu ilə uyğun olduğu bildirilir.

Qeyd edək ki, Nuhun gəmisinin axtarışı layihəsinə iyunun sonunda başlanılıb. Layihədə beş ölkədən 20-yə yaxın alim iştirak edir.