ABŞ-ın Virciniya ştatında təhsil naziri vəzifə başına gəlmək üçün Qurana and içib.
Sosial şəbəkələrdə müsəlman Atıf Karninin yeni nazir kimi vəzifəyə gəldiyində Qurana əl basıb and içməsinin video-görüntüləri yayılıb. Bu, Amerika nazrinin müsəlmanların Müqəddəs Kitabına and içdiyi ilk haldır.
Nəşrin yazdığına görə, müsəlman A.Karni demokratdır. O, dəniz piyada qoşunlarında xidmət edib və son illər riyaziyyat müəllimi işləyib.
Xatırladaq ki, 2006-cı ildə Minnesota ştatından Kit Ellison adlı müsəlman Nümayəndələr Palatasına seçilərkən Amerika tarixində ilk müsəlman konqresmen kimi ABŞ-ın qurucularından biri və keçmiş prezident Tomas Ceffersona məxsus Qurana and içmişdi.
P.S. Görəsən, müsəlman ölkəsi sayılan Azərbaycanda təhsil nazirini Qurana and içdirsən, təhsildə rüşvətin kökü kəsilər?…
mənbə:moderator