Azərbaycan Banklarından Pul Oğurlayan Beynəlxalq Kibercinayətkar Qrupun Üzvü Saxlanıldı

0
1291

Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 (üç milyon) manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətindən Milli.Az-a verilən məlumata görə, cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə aparılan cinayət işi üzrə ifşa edilmiş beynəlxalq kibercinayətkar qrupun üzvü, xarici ölkə vətəndaşı Petroviçi Sergey Aksentiyeviç beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində saxlanılaraq 2017-ci il dekabrın 30-da Azərbaycan Respublikasına ekstradisiya edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.