Azərbaycanda sətəlcəm xəstəliyi geniş yayılıb.
Bakı ilə müqayisədə bu xəstəliklə bağlı daha çox bölgələrdən müraciətlər qeydə alınır.
Milli.Az bildirir ki, bir çox hallarda vətəndaşlar qrip virusuna yoluxduqdan sonra həkimə getmədən müxtəlif vasitələrlə qarşısını almağa çalışırlar.
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcovanın sözlərinə deyir ki, kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsi nəticəsində Azərbaycanda sətəlcəm xəstəliyi çox geniş yayılıb.
Onun sözlərinə görə, Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil. Bununla yanaşı, o qeyd edib ki, Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlinir. Regionlarla müqayisədə isə Bakıda bu xəstəliyin yayılması geniş vüsət alıb.
O, qrip virusuna yoluxan insanları həkimə müracət etməsini tövsiyyə edir.