Modern.az həm həmin mənbələrə, həm də 11 sentyabr faciəsi ilə bağlı hazırlanan bəzi yutub videoloarına istinadən aşağıdakı yazıda uzun müddət gizli saxlanılan bilgiləri təqdim edir:
Faciə zamanı daha çox adam ölə bilərdi. Lakin…
1977-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan nüvə razılaşmasına əsasən, bir neçə əhəmiyyətli tikilinin inşaat strukturuna “təcili çökdürmə planı” da əlavə edildi. Bunun səbəbi fövqəladə hallarda-yanğın, partlama, uçma- xəsarətin miqyasını azaltmaq idi. Bu planın sayəsində belə hallar baş verərsə, binanı öz alt qatından bir neçə saniyə ərzində aşağıya doğru çökdürmək mümkün olacaqdı. “Təcili çökdürmə planı”nın əsasını isə nüvə razılaşmasının əsas elementi-nuklear maddə təşkil edirdi. 11 sentyabr hadisələri zamanı məhv olan Ümumdünya Ticarət Mərkəzinin binalarının yer altından 77 metr dərinliyində nuklear qurğu yerləşdirilmişdi. Həmin qurğu fövqəlhadisə baş verən zaman binanı mikrohissələrə parçalayaraq, toz halında aşağı çökdürmək üçün nəzərdə tutulmuşdu. Qeyd edək ki, nüvə partlayışı iki cür olur – atmosfer nüvə partlayışı və yeraltı nüvə partlayışı. Birinci açıq məkanda baş verən partlayışdır. Bu zaman nuklear maddələr hava ilə birləşərək eninə doğru hərəkər edir və qarşısına çıxan hər şeyi bir anda külə döndərir. Fantastik filmlərdə bu cür səhnələri görmüşük.
Yeraltı nüvə partlaması isə yalnız qapalı məkanlarda, hər hansı qurğunun daxilində baş verə bilər. Bu zaman güclü nuklear maddə aşağıdan yuxarıya doğru hərəkət edərək, 300 metrə qədər qalxa və yüksəldiyi yerləri külə döndərə bilir.
Ümumdünya Ticarət Mərkəzində də məhz bu cür partlayışın həyata keçirilməsi ehtimal olunur
Bir başqa müəmma
Öncə, binalara çarpan təyyarənin “sirli qanadları “ haqqında… Dəfələrlə baxdığımız görüntülərdə 2001-ci ildə baş verən hadisə zamanı təyyarələrin qanadının binanın içərisinə daxil olmasını, bir təyyarənin isə hətta yanan binadan salamat çıxdığını görmüşük. Təyyarənin aliminium konstruksiyalı qanadlarının yüksək keyfiyyətli materialdan inşa edilən binaya kəsici alət kimi girməsi qeyri-mümkündür. Çünki dəfələrlə aparılan sınaqlarda təyyarə qanadlarının hətta meşədəki hündür ağaclara dəydiyi zaman alışdığı məlum olub. 1945-ci ildə yapon “Kamikadze”ləri ABŞ gəmilərinə hücum edən zaman heç vaxt gəmiyə daxil ola bilməyiblər. Gəminin üst hissəsinə dəyərək zərərsizləşiblər.
“Etiraf məktubu”
Dünyanın bir çox nüfuzlu mətbu orqanlarında bir zamanlar yayılan məlumat hamını heyrətləndirdi. O zaman 11 senytabr hadisəsini hazırlayanlardan biri Obamaya məktub ünvanlamışdı. Quantemeloda yaxalalan terrorçunun məktubu 2015-ci ildə üzə çıxıb. Lakin Obamanın o zaman prezident olması və məktubun ictimailəşdirilməsindən sonra ehtimal oluna biləcək siyasi gərginliyi nəzərə alaraq, bu barədə məlumatı məxfi saxlanılıb. Obamanın siyasi meydandan çəkilməsindən sonra ortaya çıxan 18 səhifəlik məktub günahlandırıcı və hədələyici ibarələrlə zəngindir. Xaliq Məhəmməd (məktubu ünvanlayan şəxs) 11 sentyabr terrorunu əslində, onların deyil, məhz ABŞ-ın özünün yaratdığını qeyd edib.
Öncədən proqnoz
Məşhur “Simpsonlar” cizgi filminin bu faciə ilə bağlı öncədən proqnoz verdiyi də ehtimal olunur. Belə ki, Nyu-Yorkda “Əkiz qüllələr” kimi tanınan Dünya Ticarət Binasına təyyarələrin çarpılması faktını cizgi film xüsusi şifrələrlə təqdim edir. Belə ki, “Nyu-York” jurnalının üzərində həmin iki bina yanaşı təsvir olunaraq 11 rəqəmini əmələ gətirir. Onların yanında isə guya jurnalın qiymətinin 9 dollar olması göstərilib. Yəni, 11 rəqəmi ilə 9 rəqəmi yanaşı göstərilib – 9-cu ayın 11-ci günü…
Dəhşəti hadisə də həmin gün yaşandı. Lakin bu 11 sentyabr haqqındakı yeganə proqnoz deyil. Cizgi filmin 1997-ci ildə çəkilən daha bir seriyasında ziyafət salonunda asılan tabloda həmin iki binanın yandığı göstərilir.
modern.az