Həyatı Komediya Olanların Dramı

0
1176

Gəray Həsənov: Biz bu filimlə insanların ruhunu yersiz əzabların əlindən almağı məqsəd qoyduq qarşımıza.

Bu gün “Kino Kino” adlı filim komedyanın Qala Gecəsi və təqdimatıdır. Təbii ki bu gündən sonra “Kino”nun taleyi müəyyaənləşəcək. Kino tənqidşiləri, tamaşaçı kütləsinin rəyi,  baxış sayı işin keyfiyyəti hakkında “danışacaq”.

Hocalı Haber olaraq öncə davrandıq və filimin ssenari müəllifi Gəray Həsənovla görüşdük.

 

 

 

 

 

Hocalı Haber: Filmin ideyası hardan yarandı, Gəray?

Gəray Həsənov: Nicat Ələsgərov tərəfindən verildi ideya. Daha doğrusu o gülmək üçün danışdı, mən həmən qapdım: gözəl bir ssenari olar zatən dostum filim çəkir. Gündəmi dəyişək.

H.H: Dosrunuz kimdi belə ciddi məsələdə bu qədər güvənirsiniz?

G.H: Siyasətçilər demişkən yaxşı sualdır. Dostum Tərlan Hakverdizadə həm ilk işimizdə birlikdə işləmişik həm də bacarığını bilirəm. Çevik operatordu baxırsan ki, ciddi bir reklam çarxı çəkdi tv imkanlarını vurdu çıxdı, dağıttı yenidən quranda fərqli bir çalışma orataya qoydu. Bir də baxırsan ki, ya Maral Tahirqızına ya da Maral mahnısına klip çəkdi. Zarafat bir yana, ilk işimizdən güvəndim ona.

 

 

H.H: İlk işiniz nə olmuşdu?

G.H:  “Soyuq həyat”adlı qısametrajlı bir filim idi. Tərlan İstanbuldan rejissor kursundan dönmüşdü, mən hər gün yeni ssenarilər yazırdım. Havalıydıq Türklər demişkən. İstəyirdik kino ustalarına elə dərs verək ki bir də danışmasınlar.

H.H: Necə oldu? Hansı dərsləri verdilər ustalar sizə filimdən sonra?

G.H: Bir ayda baxış sayına görə rekord qırdı filim. Amma indi o filmdən söhbət düşsə nə mən nə də Tərlan biz şəkmişik demərik. Gənclik marağı kimi bir iş idi.

H.H: Sonra?

G.H: Mənim müstəqil ilk işim “Son Addim” adli serial oldu. Bu serialı isə  tam ugurlu saymıram. Ancaq mənin üçün maraqlı  təcrubədir o qədər.

Serialdan parça.

 

 

 

H.H: Və“Kino” filmi. Vurğulayaq ki, işlənmiş mövzudur.

G.H: İlk addımı arıb uğur qazanmaq bir elə çətin olmur. Cünki ilkdir. Müqayisə olunacaq təcrübə yoxdur. Cətini işlənmiş mövzuda uğur qazanmaqdır. Tənqid edəcəklər, müqayisə aparacaqlar, xeyli dümən qazanacaqsan loru desəm yumurtadan yeni çıxıb ustalardan daha yaxşı iş görəcəm həvəsinə düşdüyünə görə.

H.H: Düşmən qazanmaq həvəsinə daha kimləri cəlb eləyə bildiniz?

G.H: Yazar dostum Züleyxa Nadir təklifimi qəbul etdi. “Sızanaq” kitabı ilə tanınan modern bir yazardır. Bərabər hazırladıq ssenarini. Tərlan da aldı dəsgahını gəldi.

 

 

 

H.H: Filmin maliyə xərclərini kim çəkdi?

G.H:Maliyyə məsələləri dəryanı xatırladır, suya girdinmi batırsan. Odur ki o məsələlər qalsın filimin tanıtımından sonraya.  Onu qeyd edim ki, ssenarini son olaraq Elibəy Məmmədli ilə  də məsləhətləşdik. Necə deyərlər, dərs vermək isdədiklərimizin təcrübəsindən bəhrələndik. Və nəticə Qala Təqdimat günü. Yanı “kino” filminin ad günüdür bu gün.

H.H:  Nə düşünürsünüz, komedya janrında filim çəkmək ciddi bir işdirmi?

G.H: Dünyanı komedya filimləri ilə fəth edən Çarli Çaplindən sonra heç bir yaradıcı kollektivə bu sualla müracət etmək olmaz məncə.

H.H: Bu irad işinizin uğurlu olması ilə bağlıdır yoxsa Azərbaycan cəmiyyəti üçün vacib bir məsələyə  ekran həyatı verməyinizlə?

G.H: Müəyyən bir yaş devrindən sonra yaşadığımız acılar bizə komik gəlir. Hətta birinə danışanda gülüşümüzü saxlaya bilmirik. Amma bir vaxtlar göz yaşı tökmüşük axı. Göz yaşından sonrakı gülüş isə insanın bərkiməsi, hazır olması demekdir. Həyata baxışının dəyişməsi deməkdir. Ruhun əzablardan qurtulması deməkdir ən başlıcası. Biz bu filimlə insanların ruhunu yersiz əzabların əlindən almağı məqsəd qoyduq qarşımıza. Filmin şüarı “Həyatı komediya olanların dramı”-dır. O gülüşlərin alt qatında gçz yaşları və ya ağrı acılar gizlənib.