İraq torpaqları İŞİD terror qruplaşmasından tamamilə azad edilib.
Axar.az xəbər verir ki, bu sözləri İraqın Baş naziri Heydər Abadi söyləyib. O, artıq ölkənin işğaldan xilas edilmiş bütün ərazilərində İraq bayrağı asdıqlarını söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl İraq təhlükəsizlik qüvvələrinin nümayəndələrindən biri dekabrın 9-da İŞİD-ə qarşı qələbə elan edəcəklərini bildirmişdi.