Mahir Cavadov: “Fikrimcə xeyir. Amma mən o halda da Azərbaycan naminə Əliyevi dəstəkləyəcəyəm!”
Siyasi mühacir Mahir Cavadov: “Əgər mən bilsəydim ki, Heydər – İlham Əliyevlər Azərbaycanı 1994 – 95-ci illərdə və o illərdən sonrakı dövürdə II Qarabağ müharibəsinə hazırlayırlar, mən onlara qarşı mübarizə aparmazdım, Austriyada adi mühacir kimi yaşayardım, onlarla Azərbaycan naminə müharibə fikri ilə İrana da geməzdim.”
Bu sözləri İrana getməsi ilə bağlı sualımıza siyasi mühacir Mahir Cavadov cavab olaraq bildirdi. Söhbət Azərbaycan Yeni Tarixinə Mart Hadisələri kimi daxil olan olaylar zamanı həlak olan Rövşən Cavadovun qardaşından gedir. Mahir Cavadov barışmaz mövqeyi ilə seçilənlərdən olub.
Mahir Cavadov; 1949-cu il iyulun 10-da Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1957-ci ildə Şəki şəhər orta məktəbində 1-ci sinifə getmiş, 1967-ci ildə Ağdam rayonu 2-saylı orta məktəbini bitirmişdir. 1976-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. 1970—1991 -ci illərdə Kommunist Partiyasının üzvü olmuşdur. 1977-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası prokurorluq orqanlarında işləmişdir.
1995-ci ildə Mart qiyamı zamanı Avstriyaya getmişdir.
2000-ci ildə BMT Assambleyasında “OMON“-çuların siyasi dustaq kimi tanınmasını sübut etmişdir.
Bu günlərde Mahir Cavadov öz Fb sayfasında sürəkli İlham Eliyevi dəstəkləyən statuslar yazmağa başladı. Azərbaycan müxalifətyönlü sosyal şəbəkə fəallları onu qardaşı Rövşən Cavadovun ölümünü unutmaqda ve “sınmaqda” günahlandırmağa başladılar.
Mahir Cavadov Hocalı Haber olarak eksklüziv açıklama istəyimizi geri çevirmədi.
Hocalı Haber: Mahir bəy, bu şəkildə anidən cəbhə dəyişməyiniz nəylə bağlıdır. Prezident İlham Əliyevi dəstəkləyən aşıqlamalar verməyiniz, sosyal paylaşım səhifənizdə statuslarınız diqqət çəkməyə başladı.
Mahir Cavadov: II Qarabag müharibəsi başladıqdan sonra, özəlliklə də Şuşa şəhəri erməni işğalından azad olunandan dərhal sonra mən İlham Əliyevi dəstəklədiyimi açıqladım. Ona görə də internetdə o dəstəyim barədə yazmağı lazım bilmişəm.
H.H: Şuşanın azadlıq xəbərini kimdən aldınız?
M.C: İnternettə oxudum və necə sevindiyimi sadece sözlə ifadə edə bilmirəm. Tək bircə cümlə: Şuşanın azad edilməsi, Qarabağ savaşındakı zəfər həyatımı dəyişdi.
H.H: Acıklamalarınız birmənalı qarşılanmadı ama, həm də daha çox cəbhədaşlarınız tərəfindən. Söyüş müxalifəti dedikləri qurup sizi yumuşaq desək qınadı; Rövşən Cavadovun ölümünü unuttuğunuzu, “sındığınızı” yazdı.
M.C: Kimlərinsə mənim bu addımımı qəbul etməyəcəyi mənim üçün əhəmiyyət kəsb etmədi, bu hakda düşünmədim belə. Fikrimcə, mənim bu cür açıq mövgey söləməyimi, Vətənə qayitmag fikrimi, prezident İlham Əliyevi dəstəkləməyimi qəbul etmirlər. Elələlərinə bizlər də təsir edib fikirlərini, mövgeylərini dəyişə bilmərik.
H.H: Sizcə bu qədər qatı düşmənçilikdən sonra prezident İlham Əliyev Mahir Cavadovun Azərbaycana qayıtmasına müsaidə edəcəkmi?
M.C: Fikrimcə xeyir. Amma, bu heç də o demək deyil ki mən Azərbaycan naminə İlham Əliyevi dəstəkdən imtina edəcəyəm. Əksinə mən o halda da Azərbaycan naminə Əliyevi dəstəkləyəcəyəm! Çünki İlham Əliyevə mənim dəstəyim vacibdir. Biz bizi məhv etməyə çalışan Qarabağ qələbəsini həzm edə bilməyən düşmənlərin qarşısında birlikdə güclüyük!