Qərbi Azərbaycan Arxivi Haradadır?

0
405

 

Mürvət Yusəfov:  Prezident Azərbaycan tarixinin yenidən işlənməsi üçün sərəncam imzaladı. İşbazlar bu məsələdə də öz məqsədlərinə xidmət elədilər.

Sosyal paylaşım sitələrində Qərbi Azərbaycandan deportasya edilmiş soydaşlarımızın sənədlərinin qorunduğu arxivin yoxa çıxması ilə bağlı paylaşımlara tez tez rast gəlirik. Problemlə bağlı Qərbi Azərbaycan İctimai Birliyinin sədri Mürvət Yusifovla görüşdük.

Hocalı Haber: Siz Qərbi Azırbaycan İctimai Birliyi olaraq 1989 və 1992-ci illərdə toplanmış Qərbi Azərbaycan arxivi ilə bağlı araştırmalar aparırsınız.
Mürvət Yusifov: Tək o deyil. Biz ümumiyyətlə, Qərbi Azərbaycan, əsir yurdlarımız, erməni problemini gündəmdə saxlamaq, bu sırada 1988ci ildə deportasiya edilmiş, soyqırıma məruz qalmış yurddaşlarımız, məhv edilmiş tarixi mədəni abidələrimiz, adları dəyişdirilmiş əzəli yurdlarımızla bağlı araşdırmalar aparır, bu məsələlərin unudulmaması üçün fəaliyyət göstəririk.

 

H.H : Niye görə  (arxiv 2010- cu ildə yox edilibsə) bu arxivə sənədləri toplanmış insanlar Ermənistana qarşı Beynəlxalq  və Avropa İnsan Hakları məhkəmələrinə  baş vurmayıblar.
M.Y: Əslində bizim pasportlarımızın yığılması, Azərbaycan pasportları verilməsi dediyiniz məsələlərə başlıca əngəldi.  Bir neçə dəfə cəhd edildi ama əlimizdə Ermənistan vətəndaşı olduğumuzu təsdiqləyən heç bir sənəd olmadığı üçün baçvurularımız rədd edildi. Arxivin yoxa çıxmasını isə mən iki il öncə, 2019 cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədrindən eşitdim. Amma məsələyə bu günə qədər də heç cür aydınlıq gətirmədi.

H.H: Qərbi Azərbaycanla bağlı daha hansı təşkilatlar var və onların fəaliyyətini necə dəyərləndirisiniz.
M.Y:   Əgər bizi qane etsəydi ayrı fəaliyyət göstərməzdik.

H.H: Neden Qərbi Azerbaycanlıların arxivin itmesi problemi medyamız  yetərincə işıqlandırmır??
M.Y: Bu, mənə də qaranlıq qalır. Biz iki ildir bu məsələni gündəmə gətirməyə çalışsaq da medianı hərəkətə gətirə bilmirik.

H.H: Cenab Prezident son çıxışlarının birinde İrevan hakkında danışaraq 100 illik müqavilənin sona çattığını vurğuladı yani dolayısı ilə İrəvanı hədəf gçstərərək yurdumuzun azad edilməsinin vacibliyini imaa etdi. Belə tarixi bir məqamda arxivin yox olması qəribə deyilmi sizcə.
M.Y:  Ölkə prezidentinin çıxışları ilə real vəziyyət fərqlidi. 1988ci ildə 500 min civarında soydaşımız ağır işgəncələrlə deportasiya edilib. Yarım milyon insanın, təxminən 150 min ailənin evi, malı, mülkü talan edilib. Yüzlərlə insan erməni vəhşiliyinin qurbanı olub. Yüzlərlə tarixi abidələr, ictimai binalar yerlə yeksan edilib, yüzlərlə qəbiristanlıqlar yer üzündən silinib. Bir sözlə yarım milyon Azərbaycan türkünə zülm edilib. O dövrdə Moskvanın diktəsi ilə Azərbaycan rəhbərliyi bu rəqəmi iki dəfə az səsləndirdi. Amma 1989-92ci illərdə ciddi fəaliyyət göstərmiş Azərbaycan Qaçqınlar Cəmiyyəti qaçqın əhalinin geniş Arxivini toplamışdı. Qaçqınlar Cəmiyyəti geniş tərkibdə, bir neçə şöbədən ibarət fəaliyyət göstərirdi. Şöbələr rayonlara ezam edilir, əhali ilə fərdi iş aparılırdı… O dövrdə Qaçqınlar Cəmiyyətində İdeoloji şöbənin müdiri işləmiş şair-yazıçı Eldar İsmayıl Böyüktürk sosial şəbəkələrdə bu barədə narahatçılığını dəfələrlə ifadə etmişdi. Yığılmış tonlarla sənəd niyə yoxa çıxarıldı?! Bir neçə il öncə Prezident Azərbaycan tarixinin yenidən işlənməsi üçün sərəncam imzaladı. Amma… Həmin Arxiv tarix üçün də yetərli informasiya mənbəyi idi. İşbazlar bu məsələdə də öz məqsədlərinə xidmət elədilər. Düşünürəm ki, bu barədə geniş danışmaq üçün zaman lazımdı.