BİZNES LEDİ RUHİ ƏLİYEVANIN DOĞUM GÜNÜ PAYLAŞIMI
“Candan ötə bir can daha varmış, onun adı övladmış…doğurdan da bir uşaq doğulduqda bir ana dünyaya gəlmiş olur. Bu gün Muhammedimlə Hasanımın doğum günüdür. Övladlarımın dünyaya gəlişi ilə bütün həyatım gözəlləşdi. İlk dəfə səslərini eşidəndə və ya ilk yerişlərini gördükdə, “ana” sözünü eşitdikdə nə hisslər keçirdiyimi hansı sözlərlə anlada bilərəm ki? ” Bu sətirləri əkizlərinin doğum günündə Fb hesabında paylaşıb.
Biznes ledi oğlanlarına əsl Azərbaycanlı olmağı arzulayıb.
“Mən sizi daim sağlam, xoşbəxt və gülərüz görmək istəyirəm. Sizi görüm tələbə olun, əsgər olun, layiqli vətəndaş olun. İki qardaş daim bir-birinizə arxa-dayaq olun, sevinc və dərdlərinizə şərik olun. Vətəninizi, torpağınızı, xalqınızı və bayrağınızı sevin, bir sözlə əsl Azərbaycanlı olun. Mərdlik və kişilik həyat deviziniz olsun.”