Yəni Bu Dövlət Büdcəsi Mənim Balamın 74 Manatıyla Dolacaq?

0
886

İkramlı Nəzmiyyə İkram qızı, Zırdab rayonu Gödəkqobu kəndində yaşayır, təbii ki, əgər buna yaşamaq demək olarsa. Anası İmanova İlhamə Mayıl qızının dedyinə görə anadan olduğu 1999-cu ildən bu bu yana bir saat olsun bezssiz qalmayan bu əngəlli qızın aldığı 74 azn-i bu gün ona çox görürlər.

Telefonda suallarımıza cavab verən  İlhamə  xanımın iddia edirki Zərdab Rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan həkim(soyadını bilmir) deyirki mən nə vaxt istəsəm onda sənin qızın pensiyaalacaq. Bu vaxta qədər aldığı peniyanın niyə verilməməsini heç kim anaya izah etmir.  Bəzən quru çörək yeyirəm, bəzən heç onuda çattıra bilmirəm, ac qalıram ki, qızımın bezlərini ala bilim. Həkim mənə deyirki büdcədə pul yoxdur.   Yəni bu dövlət büdcəsi mənim balamın 74 manatıyla dolacaq?  Deyə haray çəkən ananı isə eşidən yoxdur.  Adamı o qədər canından bezdirilər ki, balam ortalığda qalmasın deyə səbr edirəm, yoxsa özümü çoxdan Kürə atmışdım deyir. İnsan nə qədər bu yollarda sürünər. Bir dövlət nümayəndəsi gəlib mənim yaşadığım evə baxsın, görün indiki zamanda burda yaşamaq olar? Əgər özümün imkanım olsaydı heç o pulu istəməzdim, amma neyləyimki balamın yaşaması üçün buna məcburam.

Bizdə Nəzmiyyənin bu illər ərzində şəxsi həkimi olmuş həmin xəstəxanada çalışan  Allahverdi həkimlə əlaqə saxlamağa çalışdıq. Əvvəlcə bizə nömrədən səhf düşmüsüz dedilər. Təkrar zəngimizə isə Allahverdi həkim ümumiyyətlə telefonu açmadı.

Əziz həkimlərimiz, biz istintaq orqanı deyilik, sadəcə xanımın iddialarına cavab vermənizi istədik.

Bilinki bu günlərdə, hər kəs evində bayram ettiyi bir vaxda anadangəlmə əngəlli doğulan iİkramlı  Nəzmiyyə İkram qızı evində ac yatıb, hər halda anası bunları söylədi. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.