
Argentinada 26 oktyabrda keçiriləcək ümumi seçkilər ərəfəsində faciəvi hadisə baş verib. Mərkəz-sağ Radikal Vətəndaş Birliyi (UCR) partiyasının millət vəkili namizədi Hernan Damiani canlı yayım zamanı infarkt keçirərək həyatını itirib.
Hadisə Misiones əyalətində yayımlanan bir televiziya proqramı zamanı yaşanıb. Proqramın açılış dəqiqələrində Rosario Villalba, Virginia Villanueva və Aída Vaztique ilə birlikdə studiyada olan Damiani bir anda halı pisləşərək yerə yıxılıb. Yayım heyəti dərhal təcili yardım çağırıb. Studiyada olan sabiq səhiyyə naziri Dr. Walter Villalba isə dərhal ilk tibbi müdaxiləni edərək ürək masajı tətbiq edib.
Buna baxmayaraq, Misiones Online nəşrinin məlumatına görə, 66 yaşlı siyasətçi aparıldığı Ramón Madariaga Xəstəxanasında həkimlərin bütün səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Damianinin qəfil ölümü həm partiyasında, həm də bütün ölkədə dərin hüznə səbəb olub. Argentina ictimaiyyəti bu faciəni seçkiyə sayılı günlər qalmış yaşanan ağır bir itki kimi dəyərləndirib.

Turkish



