Ertem Şener: “Qarabağ – Chelsea maçında yaşadıklarım tarifsizdi”

0
145

Türkiyəli tanınmış idman şərhçisi Ertem Şener “Qarabağ” – “Çelsi” oyunu ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, paylaşımında Bakıda keçirilən Çempionlar Liqası matçında yaşadığı hissləri “təsvirolunmaz” adlandırıb.

“Peşəmdə 30 il tamamlamama baxmayaraq, Bakıda keçirilən Çempionlar Liqasındakı ‘Qarabağ – Çelsi’ oyununda yaşadıqlarım təsvir olunmaz idi. Bu hissləri anlatmaq mümkün deyil, onları yaşamaq lazımdır. Qarabağ hamını bir-birinə bağlayır. Onların sevgisi çiğ kimi böyüyür” deyə Şener qeyd edib.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması Bakıda, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutub.