Şikayətlərinə cavab verilmədi, Azərbaycan bayrağını TƏHQİR ETDİ

0
68

Sosial mediada Azərbaycan dövlət bayrağına qarşı təhqiramiz davranışların əks olunduğu görüntülər yayılıb.

Videoda qadın şikayətlərinə cavab verilmədiyini və xahişlərinin yerinə yetirilmədiyini bildirərək, bu səbəbdən hirsini dövlət bayrağına yönəltdiyini deyir.
Sözügedən görüntülər cəmiyyətdə ciddi narazılıq doğurub. Sosial şəbəkə istifadəçiləri dövlət rəmzinə qarşı bu cür davranışın yolverilməz olduğunu bildirərək məsələ ilə bağlı hüquqi tədbirlərin görülməsini tələb ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən dövlət bayrağı və ya dövlət gerbinə qarşı təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.