Samarada Azərbaycanlı iş adamı, 3 saylı meyvə tərəvəz bazasının müdüri Kənan İsayevin həbsi samaralı azərbaycanlılar arasında həyəcan yaradıb. Artıq bir həftəyə yaxındır ki Teleqram səhifələrində bu məslə ilə bağlı soydaşlarımzın qızğın müzakirələri yer alır. Qeyd edək ki, 2025-ci ilin dekabrında Samaranın Kirovski Rayon Məhkəməsinin K.İsayev barəsində ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi – xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə təqsirləndirilir.
Verilən məlumatlara görə “3 №-li tərəvəz bazası” vaxtıilə iş adamı Şirvan Kərimov tərəfindən idarə olunub. Teleqram səhifəsində mübahisələr də bu yöndədir ki, əslində K. İsayevin müdir vəzifəsi formal xarakter daşıyır və həbsin pərdə arxası fərqlidir. Hətta Ş.Kərimovla yaxınlıqları hər kəsə bəlli olan İsayevin məlum olmayan səbəblərdən Şirvan Kərimovun sifarişi ilə həbs edildiyini iddia edənlər də var.
İddiaları qəti şəkildə rədd edən Şirvan Kərimov saytımızın suallarını cavablandıraraq bildirib ki, vəkil olduğu üçün bizneslə məşğul olmaq qanunla ona qadağan olunub.
Şirvan Kərimov: ” Mənim nəinki meyvə-tərəvəz bazam, heç bir ədəd ticarət köşküm də yoxdur. 2001-ci ildən mən kommersiya ilə məşğul olmuram, yalnız vəkillik fəaliyyəti ilə məşğul olan hüquq müdafiəçisi və ictimaiyyətçiyəm. Kənan İsayev bizim təşkilatımızda Himayədarlar Şurasının üzvüdür və onun böyük qardaşı Baynur İsayev dünyasını dəyişəndən sonra Kənanın anası Maisə xanım onu mənə əmanət tapşırıb.”
Daha sonra Ş.Kərimov bildirib ki, 3 nömrəli meyvə-tərəvəz bazasının əsas sahibləri Koçetov Eduard Anatoliyeviç və onun keçmiş həyat yoldaşıdır. Kənan İsayev isə bazanı mülkiyyət sahiblərindən icarəyə götürüb işlədir və bir neçə ortağı var.
Məlumat üçün bildirək ki, Samara 3 nömrəli meyvə tərəvəz bazasının məhkəmə işində adı qeyri rəsmi olaraq hallanan Şirvan Kərimov “Samara Azərbaycanlılarının Liqası” adlı diaspora təşkilatının rəhbəridir . LASO (təşkilatın rusca adı) 2003 ildə 3 nömrəli meyvə tərəvəz bazasının tərkibində yaradılıb və təsis edildiyi gündən də liqaya Şirvan Kərimov rəhbərlik edir.

Azerbaycan Türkçesi





