Söyüşün hər zaman iki başı olur…

0
597

Əvvəl danışan bilsəydi ki, sonra danışan ona nə cavab verəcək, susub oturar, ağzını açıb bircə kəlmə belə deməzdi. Azərbaycanda son dövrlər yaranan qaragüruh elə düşünür ki, bunlar söyüş söyə bilərlər və hamı da bunlara dözmək zorundadır. Xeyr,əfəndilər, elə bir dünya yoxdur!

Biz də söyüş söyməyi bacarırıq. Amma ailədən aldığımız tərbiyə bizə imkan vermir ki, girib sosial mediada kiminsə yazdıqlarının altından ailədən aldığımız tərbiyəni nümayiş etdirək. Söyüş söyəsi olsaq, o zaman bizim onlardan nə fərqimiz olacaq ki?!

Adlarını, soyadlarını yazmayan, profil şəklinə belə öz şəklini qoymağa hünəri çatmayan biriləri düşünün, ölkədə demokratiyanın olmamasından danışır, insan hüquq və azadlıqları uğrunda mübarizə apardıqlarını iddia edirlər. Amma söz sözə gələndə ağızlarına çullu dovşan yerləşməyən bu siyasi lünpenlər belə baxanda elementar insani dəyərlərdən uzaqdırlar. Hələ insan olmağı bacarmayıblar.

Di gəl ki… Elə bir görüntü yaradırlar ki, hamı yanlış yoldadır, bircə bunların getdikləri yol düz yoldur.

Di gəl ki… Elə düşüünürlər ki, kimsə öz kreslosundan durub bunlara yer verməlidir. Verməlidir ki, bunlar öz bolşevik təfəkkürləriylə qurulan hər nə varsa, yerlə yeksan etsinlər. Necə ki, xələfləri etmişdi.

İnsanlar fərqli düşüncələrə, dünyagörüşlərə, ideologiyalara sahib ola bilərlər. Ancaq bu heç də o demək deyil ki, səndən fərqli düşüncəyə sahib olan insanları sən söyə, təhqir edə bilərsən. Gün ərzində bir çox insanlarla ünsiyyətdə oluruq. Bunlardan eyni düşüncədə olanlarımız da olur, fərqli düşüncədə olanlar da. Heç birimiz birbirimizi təhqir etmirik. Çünki, hamımız bircə şeyi bilirik: biz siyasi görüşlərimiz nə qədər fərqli olursa olsun, eyni cəmiiyyətdə yaşayırıq və bu cəmiyyətin müəyyən yazılmamış qanunları və tabuları var. O tabuları pozan, pozduran da cəmiyyətin qınağına tuş gəlir və tuş gəlməlidir də. Çünki, cəmiyyət bu yaşam normalarını tənzimləyir. Bu ailə tərbiyəsindən bixəbər, eyni vaxtda müxtəlif siyasətbazların balağından düşən zombilər isə dini, mənəvi dəyərləri əllərində bayraq, dillərində şüar edərək, əslində qərbin əxlaqsızlığına tapinaraq özlərindən fərqli düşünən kim varsa cəmiyyətin qınağını heçə sayaraq təhqir edirlər. Və unudurlar söyüşün iki başı var: söydükləriniz işıq sürətiylə özünüzə qayıdanda sadəcə oturub boyununuzdakı qatları saymaqdan başqa çarəniz qalmayacaq!

Dünən gecə Saleh Rəsulov adlı ağzından horra töküldüyü hiss olunan bir GƏDƏ statusumun altına təhqirlər yazanda birinci öz – özümə düşündüm görəsən mən bu lünpenin hansı yaxınını üç öpüb bir dişləmişəm ki, Saleh Rəsulov belə əlimdən yanıqlıdır?! Amma ard – arda bütün şəkillərimin altına təhqirlər yazmağa başlayanda anladım ki, bunun məni belə təhqirlər yağdırmasının səbəbi tamam başqa şeydir: Gədə mənim dövlətə, millətə olan sədaqətimdən narahat imiş!… Yoxsa, mən Ankarada, o, Bakıda! Burdan ora nəsə eləmək texniki baxımdan mümkün deyil hətta…

Şəxsimi təhqir etsəydi, zərrə qədər narahat olmazdım. Çünki onların bu cür təhqir edənlərini, sonra dovşan vəziyyətini almalarını çox görmüşəm. Deyərdim, bu da onlardan biri. Amma bu dəfə həddi aşdılar. Əli Abdalovun həyat yoldaşının, azyaşlı körpəsinin şəklini paylaşıb olmazın təhqirləri yazan bu əsasları Road kafelərdə qoyulanlardan birisi bu dəfə məni hədəf seçmişdi.

Budur, sizin mədəniyyətiniz!

Budur, sizin dünyagörüşünüz!

Budur, sizin siyasi və ideoloji mənəviyyatsızlığınız!

Budur, sizin dəyərlərdən, ailə tərbiyəsindən bixəbərliyiniz!

Bunları təhqir kimi qəbul etməyin, gədələr!

Çünki, görünən kənd bələdçi istəməz!

 

 

Oktay Hacımusalı