Fuad Ağayev Kimin Sifarişi İlə Çalışır?

0
183

YUNUS DİMIRTAÇ: BU ADAM ŞANTAJ VƏ BÖHTAN MAKİNASIDIR

H.H: Yunus bey, Fuad  Ağayevin sizin Azərbaycandakı problemlərlə nə bağlantısı ola bilər?

Y.D: Açıqladığım kimi Bakıdakı tekstil mağazamı gecə ilə talan etdilər. Məni sabah polisə gəlin ərizə yazın dedilər və mən də polisə güvənərək evə gəldim. Ertəsi gün sabah tezdən mağazaya gələndə baxdım ki mağaza bomboşdur. O zaman mən Lökbatan polis idarəsində və müxtəlif instansiyalara şikayət etdim mənim ortağımın tanışı, Naxçıvanın Maxta kəndindən olan polis Ədalət mənə hədə qorxu gəldi. Nə qədər başım salamatdı Bakıdan çıxıb getməyimi məsləhət gördü. Daha sonra Zümrüd Məmmədova adlı bir qadın (sonradan bildim ki bu qadın “Təzadlar” qəzetinin işçisi olub və 1 il həbs yatıb) mənə özünü vəkil kimi təqdim edərək bu işlə məşğul olub. Məqsəd mənim yuxarı instansiyalara şikayətimi əngəlləmək idi. Daha sonra mən Türkiyə Parlamentosuna şikayət etdikdən sonra tanımadığım halda İsveçrədə guya mühacirətdə olan Fuad Ağayev peyda oldu. Sosial çəbəkələrdə saxta profillərlə mənim və ailəmin ünvanına nalayiq söyüşlər, rəylər yazmağa başlayaraq qaralama kampaniyasına başladı.

H.H: Bir çox məhşur insanlar onun belə hücumlarına məruz qalıb və hələ ki adam rahat bir şəkildə işlərinə davam edir.

Y.D: Azərbaycan hüquq mühafizə orqanları bu işlərə görə ona pul ödəyən məmurları müəyyənləşdirməlidir əslində. Mənim bu hadisələrdən çıxardığım nəticə belədir ki, Fuad Ağayev kimlərinsə marağına xidmət edir. Baş verən hadisələrin arxasında dayananlar kimlərdirsə həm FUad Ağayevə sifariş veririr həm onu matreallarla təmin edir həm də maddi olaraq dəstək verirlər.

(yazının davamı var)