Bakıda Türk dünyası qadınlarının II Uluslararası Qurultayı keçirilib.
Tədbirin Azərbaycanlı iştirakçısı Esmira Fuad bu möhtəşəm görüşlə bağlı təəssüratlarını Hocalihaberlə bölüşüb.
Türk dünyası qadınlarının II Uluslararası çalıştayı öncül və təşəbbüskar
iş qadınlarını Bakıda buluşturdu…
Və bu buluşma UMAY ANA Türk dünyası qadınlar birliyinin təşəbbüsü, Xəzər Universitetinin ev sahibliyi ilə baş tutdu… UMAY ANA Türk dünyası qadınlar birliyi… deyəndə, səsləniş qulağa cazib gəlir… son dərəcə çəkici bir addır, deyilmi?.. Və…
Haşiyə: Bu cazibədar birliyi 19 noyabr 2021-ci il tarixində Türk dünyasında var olan öncül və təşəbbüskar, işgüzar qadınları bir araya gətirmək və özəl yetənək sahibi Türk¬soylu qadınların birliyinə nail olmaq amacı ilə tarixçi alim, ictimai xadim, hazırda İstanbul Universiteti Ədəbiyyat fakültəsi Ümumi Türk tarixi bölməsinin professoru və ən önəmlisi, təpədən dırnağa türkçü olan, damarlarında axan qanla qürur duyan Mualla Uydu Yücel yaradıb. Onun imza atdığı “Birinci Rus salnamələrinə görə türklər”, “Türk-İslam tarixi”, “Türk-İslam bütünləşməsi”, “Balkanlarda kalmıklar”, “Qıpçaqlar”, “Qazax Türk¬lərinin milli oyunlarında at yarışları”, “Xəzər xanlığı”, “Peçeneqlər”, “Uzlar və Kuman¬lar”, “Türküstandan Dunaya qədər peçeneqlər”, “Balkanlarda peçeneqlər”, “Kuman¬lar (Qıpçaqlar)”, “Monqolların tarixi”, “Kuman torpaqlarının sınırları”, “Slavyan/Rusların Xristianlığı qəbul etməsi və Rus Pravoslav kilsəsinin təməli”, “XX əsrdə Rus-Bizans-Türkiyə Münasibətləri” və s. kimi sanballı araşdırmalarının adı yetər ki, Türkün gerçək tarixinin sorağ ilə Balkanlardan Altaylara, Anadoludan Türküstana və Çinə qədər yol gedən və əski türklərin yaşadığı geniş coğrafiyanın xəritəsini cızan bir elm fədaisinin türksoylu xalqlar arasında birlik yaratmaq istəyinin qutsallığına inanasan…
Fəaliyyət prinsipi “Türklüğümüz özümüz, birliyimiz gücümüz!” formulu olan Türk dünyası qadınlar birliyinin də UMAY ANA adlandırılması təsadüfi deyil. UMAY ANA Yer Tanrıçası da sayılır, Orxon-Yenisey yazılarında mələk Tanrıça mənasını daşıyır. Qadın və uşaqları, xalqı qoruyan, ona xoşbəxtlik, həyat bəxş edən, bərəkət “verən” simvoldur. Bu adda da araşdırdığı və tədqiqatlarında bir araya gətirdiyi Türk qövmünün nəsil ağacını qorumaq qutsal missiyası saxlıdır… Oxucular üçün də maraqlı gələn bu Birliyin yaranma nədənlərini Türk dünyası qadınlarına və dünyaya ötürmək istədiyi mesajlar, sanal dünyaya açılış səhifələrindəki paylaşımlar bəlirləyir. Onlardan ən başda gələni UMAY ANA TDQB-nin FB səhifəsində Gənçlik qollarının üzvü İlknur Olgunun hazırlayıb paylaşdığı, “Türk qızı”nın kimliyini anladan eyniadlı şeirdir:
Qırx qız ismiylə dünyanı titrədən Türk qızı!
Nədir bu cəsur ürəklinin adı?
Altı oğlu əl-pənçə olmuş Vətənimin tək evladı…
Bir yanın qılınclarla hörülü, bir yanın ipəklərlə sarılı…
Ey Türk qızı! Sən babanın cəsur komutanı,
Annənin naif sultanı.. Ölkənin qara gözlü, ağ gərdanı…
Torpağımın qoxusu, düşmanımın qorxusu, əngin dağların türküsü…
İlmək-ilmək işlənən bu Vətənin ən gözəli sənsən,
Cahanın ilk xaqanı, altı oğullu babanın tək sultanı da sən…
Mervelinin atası… Sarkopun qoruyucusu da sənsən!..
Söylə, Türk qızı, sən kimsən?
– Mən qırgız qızı… Qırx qızıyla cəng edən Gülayam!..
Mən Allahyardan olma, Aksuluvdan dogma Gülayam…
Mən sənin bildiyin həm Tomris, həm də Qara Fatmayam…
Aktamkər yoldaşam, Sərvinaz sirdaşam,
Qırx qızımla cəng edən cahan hökmdarı mənəm..
Uca Arslan Bəyin eşi də Mən…
Mənim nəslim, necə ola ki…
Qadın hökmdar təkrar doğa!..
Qadın bu cahanda təkrar var ola!..
Göründüyü kimi, “Türk qızı” adlı bu şeir bütün türk dünyasında qadınların gücünü, cəsarətini, liderlik missiyasını poetik biçimdə anlatmaq amacı ilə qələmə alınıb… Şeirdə Qırğızıstanı və Türküstanı təmsil edən cəsur qırğız qızını müəllif Gülay adı ilə tanıdır, onu Tomris və Qara Fatma kimi əfsanəvi qadın obrazları ilə qiyaslayır. Cəsarətli, qüdrətli qadın lider kimi təsvir edir, “qırx qızla düşmənlərlə döyüşən”, “dünyanın hökmdarı”, “Böyük Arslan bəyin xanımı” kimi tərənnüm edir. Türk qadınının “Umay Ananın şəfqət və mərhəmətinin, Tomris Xatunun cəsarətinin, Nənə Xatunun müdrik¬¬li¬yinin” daşıyıcısı olduğu önə çəkilir. Böyük Səlcuqlu dövlətinin qurucuların¬dan olan Xorasan valisi Çağrı bəyin oğlu, Səlcuqlu Sultanı Tuğrul bəyin qardaşı oğlu Alp Arslan bəyin həyat yoldaşı-Akca-Aka Xatun”, “Aktemker (qədim)” və “Sərvinaz” kimi sunulan sirdaşla¬rının olması onun həm ailə həyatında, həm də savaşlarda öncül mövqe¬yini nümayiş etdirir. Türk qadı¬nın sadəcə “sadəlövh, saf və ilk sultan” deyil, eyni zaman¬¬da “atasının igid sərkərdəsi”, yerin ətri, sal qayalı dağların türküsü, düşmənin qorxusu kimi güclü və mərd şəxsiyyət olduğu vurğulanır, qadın hökmdarların yenidən doğulması və dünyada qadın gücünün dirçəlməsi arzulanır, güclənmiş qadınlar tərənnüm edilir.
Bu günümüzün Tomrisləri, Qara Fatmaları, Gülayları-aslan ürəkli Türk qadınları, elm-sənət xadimləri 01 oktyabr 2025-ci il tarixində Qarabağımızın erməni tapda¬ğın¬dan azad olunma¬sının-möhtəşəm Zəfərimizin beş ilinin tamamında odlar-alovlar yurdu Azərbaycana, baş şəhərimiz Bakıya gəldilər. Xəzər Universitetində qızıl payızın ilk iki günündə (2-3 oktyabr) “Türk Dünyasında Qadın” – “Türk dünyası¬nın qabaqcıl və təşəbbüskar-işgüzar qadınları” mövzusunda Türk dünyas qadınlarını birləşdirən və Turana doğru bir addım olan II Uluslararası qurultay (çalıştay) xəyal deyildi, böyük reallıq, bir gerçək idi.
UMAY ANA Türk dünyası qadınlar birliyinin təşkil etdiyi çalıştay Xəzər Universiteti¬, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türk Əmək¬daşlıq və Koordinasiya Agentliyi, Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqlar Təşkilatı, Türk Dünyası və Qohum Toplumlar Təşkilatı, Türk Dünyası Birliyinin təşkilati tərəfdaş¬lığı və koordina¬siyası ilə təşkil olunan və Axıska Türkləri Dərnəyi, Kipr Türk Qadın Sahibkarlar Dərnəyi, Türk Qadın Akademiklər Dərnəyi, İstanbul Gedik Universiteti, İstanbul Gedik Univer¬siteti Qadın Sahibkarlıq Tətbiqi və Araşdırma Mərkəzi və İstanbul-Azərbaycan Dostluq Dərnəyinin iş birliyi ilə gerçəkləşdi və Ahıska türkləri, Azərbaycan, Bolqarıstan, Şərqi Türküstan, Qaqauzi¬ya Muxtar Bölgəsi, İraq türkmanları, Qazaxıstan, Krım, Kosova, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Türkmənistan və Türkiyə Cümhuriyyətini təmsil edən tanınmış qadın alimlər, yazıçılar, ictimai fəallar, QHT və dövlət qurumlarının nümayəndələrinin (60 nəfərdən çox) qatılımçılığı ilə böyük uğurla keçirildi.
Qurultay öz işinə dərin məna qapsayan yüksək səviyyəli açılış çıxışları ilə başlayıb. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və səlahiy¬yətli səfiri Prof. Dr. Birol Akgün, Umay Ana TDKB, TÜRKKAB və Qurultay Təşki¬lat Komitəsinin sədri Prof.Dr. Mualla Uydu Yücel, Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayevа, Dünya Alpaqut Federasiyasının prezidenti və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi¬nin müşaviri Jalə Əhmədova, DATÜB baş katibi Fuad Uçar, Bolqarıstan Dulova şəhəri¬nin meri Nevhis Lütfi Mustafa, Kosovo millət vəkili Fidan Brina Jilta, Azərbaycan millət vəkilləri Sevil Mikayılova, Səbinə Salmanova, TÜRKPA sədri Dr.Tamam Cəfərova, Qaqauziya Mədəniyyət naziri Marina Semyonova və KKTC-nin Azərbaycandakı nümayəndəsi, səfir Ufuk Turganer çıxış ediblər.
Umay Ana TDKB, TÜRKKAB və Qurultay Təşkilat komitəsinin sədri Prof. Dr. Mualla Uydu Yücel açılış qonuşmasında tarixdə Türk qadınının önəmli rolundan bəhs edərək vurğuladı ki, tarix boyu müxtəlif coğrafiyalarda yaşayan Türk qadınları bütün zamanlarda öz ərlərinin, ata və babalarının, qardaşlarının, sevdiyi igidin yanında və arxasında olublar. Biz öz fəaliyyətimizlə, yayınladığımız kitab və dərgilərlə Türk birliyini möhkəmləndirəyə, qırılmış bağlarımızı bərpa etmək uğruna çaba veririk…
İki gün davam edən elmi proqram çərçivəsində ümumilikdə beş sessiya təşkil olunub:
“Tarixi prosesdə Azərbaycan” adlı açılış sessiyasına Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr.Fəxrəndə Əfəndiyeva sədrlik edib. Sessi¬yada “Azərbaycanın dövlətçilik tarixi”, “Əsrin soyqırımı: Xocalı”, “Xocalı soyqırımının Azərbaycan qadınları üzərində təsiri”, “II Qarabağ müharibəsinin nəticələri” və “Türkiyə –Azərbaycan münasibətləri” mövzularında məruzələr dinlənilib.
Prof.Dr.İradə Hüseynovanın sədrliyi ilə keçən “Türk Dünyasının ədəbiyyat və mətbuatda öncül qadınları” sessiyasında “Şəfiqə Qaspıralı”, “Azadə Musayeva”, “Zeynə Qəniyeva”, “Sürəyya Ağaoğlu” və “Türkmən ədəbiyyatında öncü qadınlar” kimi mövzular müzakirə edilib.
“Türk Dünyasının elmdə və akademiyada öncül qadınları” sessiyasına Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova rəhbərlik edib. Burada Türkiyə, Qazaxıstan, Qırğızıstan və Şərqi Türküstandan olan elmi lider qadınlar haqqında məruzələr təqdim olunub.
“Türk Dünyasının ictimai həyatda öncül qadınları” sessiyasının yönətimini Prof.Dr. Meşkure Yılmaz edib və sessiyada “Ailə birliyinin qorunmasında qadınların rolu”, “Sürgün dövründə qadınların taleyi”, “Bəxtiyar Vahabzadənin yaradıcılığın¬da Ana qonusu”, “Mücahid qadınlar” kimi mövzular yer alıb.
“Nəzihe Muhiddin və Qadınlar Xalq Firqəsi”, “Süni intellekt dövründə qadın liderliyi”, “Nailə xanım İsayevanın uğur hekayəsi”, “Türkiyədə qadın sahibkarlığı” və “Özbəkistanda qadınların biznesdə rolu” mövzularında çıxışları isə çalıştayın qatılımçı¬ları Xəzər Universitetinin Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr.Günel Bahəddinovanın sədrlik etdiyi “Türk Dünyasının idarəçilik və sahibkarlıqda öncül qadınları” adlı son sessiyada dinləyiblər…
Dostluq, qardaşlıq və ortaq dəyərlər çərçivəsində türk birliyinin və həmrəyliyinin güclən¬məsinə mühüm töhfə verəcək və böyük məna kəsb edən çıxışlarla gerçəkləşən qurultay Türk dünyasında qadınların tarixi, mədəni və sosial sahələrdəki rolu elmi əsaslarla araşdırılıb, onların ictimai həyatda, elm və sahibkarlıq sahəsində oynadığı mühüm rollar geniş müzakirə edilib, həmçinin gələcək nəsillər üçün güclü və təsirli Türk qadını modelinin formalaşdırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunmasına yönəlik fikirlər yürüdülüb… Çalıştayın elmi proqramına uyğun şəkildə məruzələrin dinlənildiyi beş sessiyada Türk Dünyasında qadınların sahibkarlıq potensialı və liderlik rollarına dair elmi müzakirələr aparıldı və müxtəlif elm sahələrini və peşəkar səviyyələri təmsil edən qadınların da böyük marağına səbəb oldu. Türk Dünyası qadınları üçün daha güclü gələcək üçün strateji gələcəyə baxış yaratmaq, region¬lararası kommunikasiya şəbəkələri¬ni gücləndirmək məqsədi daşıyan bu önəmli çalıştay yüksək səviyyəli institusional əməkdaşlığı ilə də diqqət çəkib…
Kökümüz Altayda, qanımız Bozqırda,
Atalarımızın səsi eşidilir hər bir sırda.
İgidlik dastanı, tariximizin işığı,
Türk milləti bir bütündür, sonsuz bir işıq…”
Birlikdə olduğumuz üç gün boyunca Türk millətinin böyük bir millət, bir bütün, sonsuz bir işıq olduğuna bir daha əmin olan qonaqların və digər qatılımçıların ürəyi qürur, fərəh duyğularından vəcdə gəlirdi…
Bakı küçə və xiyabanlarının təmiz¬liyindən, insanların isti münasibətindən və mehribanlığından, əski və müasir tipli binaların yüksək zövqlə inşa edilməsindən və Qarabağda igid əsgərlərimizin şücaətindən, sessiyalardan sonra ifa edilən möhtəşəm musiqimizdən sevgi ilə bəhs edən Türksoylu qonaqlarımız sanki Uluyurdumuzu yenidən tanıyıb kəşf edir, onlara hədiyyə olaraq bağışladığım Xarı bülbül döş nişanını da fərəhlə yaxalarında gəzdirir, yeri gəldikcə xorla mahnılar, ən çox da Nurlan Naxçıvanlının “Yaşa Azərbaycan” şərqisini bir ağızdan oxuyur, “Türk Birliyimiz davamlı, əbədi olsun!.. – deyirdilər…
Esmira Fuad, Qurultayın nümayəndəsi və “Bəxtiyar Vahabzadənin yaradıcılığın¬da Ana qonusu”nda məruzəçisi
II Beynəlxalq Türk Dünyasında Qadın Qurultayı – “Türk Dünyasının Öncül və Sahibkar Qadınları” Bakıda bir araya gəldi
2025-ci il oktyabrın 2-3-də Xəzər Universitetinin ev sahibliyi ilə uğurla keçirilib. Tədbir elmi, mədəni əməkdaşlığı və ictimai inkişafı təşviq etmək məqsədilə təşkil olunub. Qurultayda
“Umay Ana Türk Dünyası Qadınlar Birliyi”nin təşəbbüsü ilə Türk dünyasın¬da qadın¬lar üçün daha güclü gələcək strategiyası formalaşdırmaq və bölgələrarası əlaqələri möhkəmləndirmək məqsədi ilə 2-3 oktyabr 2025-ci il tarixində keçirilib. Qurultay Xəzər Universiteti, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, TİKA, YTB, TÜRKSOY, DATÜB, GİKAD, TÜRKKAB, İstanbul Gedik Universiteti, KAGİMER və İstanbul Azərbaycan Dostluq Dərnəyi kimi nüfuzlu qurumların dəstəyi ilə reallaşdırılıb.
Türk tarihi güçlü kadınların tarihidir Tarix boyunca Türk qadını hansı coğrafiyada
İlk Rus Yıllıklarına Göre Türkler. Kalmuklar Kıpçaklar Hazar Hakanlığı Balkanlarda Peçenekler, Uzlar ve Kumanlar Kazak Türklerinin Milli Oyunlarındaki At Yarışları Türkistan’dan Tuna’ya Peçenekler Balkanlar’da Peçenekler Kumanlar (Kıpçaklar) Moğollar Tarihi Türk- İslam Bütünleşmesi Türk Tarihine Giriş Kumanlar Kuman Topraklarının Sınırları SLAV/RUSLARIN HRİSTİYANLIĞI KABULÜ VE RUS ORTODOKS KİLİSESİNİN KURULUŞU İlk Rus Yıllığı ‘Povesti Vremennıh let’e Göre X. Yüzyılda Rus-Bizans-Türk Münasebetleri
Türk tarixi güclü qadınların tarixidir. Tarix Boyu Türk Qadınları
Akademisyen, Tarih Profesörü, Tarihçi, Araştırmacı Yazar. 25. Temmuz 1966 tarihinde Giresun’un Bulancak İlçesinde doğdu. İlk-orta ve lise tahsilini Trabzon’da tamamladı. 1985 yılında İ.Ü. Edebiyat Fakültesi Tarih Bölümüne girdi ve bu bölümden 1989 yılında mezun oldu. Aynı yıl Tarih Bölümü Genel Türk Tarihi Anabilim Dalında Araştırma Görevlisi olarak göreve başladı. 1992 yılında “Türk’ün-İslam’la Bütünleşmesi” adlı Yüksek Lisans tezini bitirdi. 1992-1993 öğretim yılında Doktora ders programını takip etti. l993-1995 yılları arasında hem Anabilim Dalı için son derece önemli olan Rus dilini öğrenmek hem de hazırlayacağı doktora tezi konusunda kaynak çalışması yapmak üzere Türk Dünyası Araştırmaları Vakfı tarafından Kazakistan’ın Almatı şehrine gönderildi. Yine bu yıllarda Almatı’daki Abay Adındaki Almatı Devlet Üniversitesinin Doğu Dilleri Bölümünde Türk Dili, Edebiyatı, Tarihi ve Kültürü ile ilgili dersler verdi.
Akademik, tarix professoru, tarixçi, tədqiqatçı və yazıçı. 25 iyul 1966-cı ildə Giresunun Bulancak rayonunda anadan olub. İbtidai, orta və lisey təhsilini Trabzonda başa vurub. 1985-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix fakültəsinə daxil olub və 1989-cu ildə oranı bitirib. Elə həmin il Tarix Bölməsinin Ümumi Türk Tarixi Bölməsində elmi işçi kimi fəaliyyətə başlayıb. 1992-ci ildə “Türklərin İslama inteqrasiyası” mövzusunda magistr dissertasiyasını tamamladı. 1992-1993-cü tədris ilində doktorantura pilləsini davam etdirdi. 1993-1995-ci illər arasında Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən həm bölmənin mühüm aspekti olan rus dilini öyrənmək, həm də doktorluq dissertasiyası üçün mənbə işi aparmaq üçün Qazaxıstanın Almatı şəhərinə göndərilmişdir. Bu illərdə Almatıdakı Abay Almatı Dövlət Universitetinin Şərq dilləri kafedrasında türk dili, ədəbiyyatı, tarixi və mədəniyyəti üzrə kurslar da verib.
Doktorluq dissertasiyasının mövzusunu “Erkən Rus Salnamələri”ndə köhnə rus dilində yazdığı üçün seçdiyi üçün 1996-cı ildə Moskva və Almatıya gedib, üç ay ərzində intensiv köhnə rus dili dərsləri alıb. 1998-ci il iyulun 2-də “Erkən Rus salnaməsində türklər” adlı doktorluq dissertasiyasını tamamlayıb, doktorluq dərəcəsinə yüksəlib. 1998-1999-cu illərdə (1 il) o, öz resurslarından istifadə edərək, doktoranturadan sonrakı təhsili üçün material toplamaq və öz sahəsinə aid nəşrləri nəzərdən keçirmək üçün yenidən Qazaxıstan və Rusiyaya səfər edib. 3 oktyabr 2000-ci ildə Ümumi türk tarixi kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. 6 aprel 2006-cı ildə dosent elmi adını almış, 2007-ci ildə isə dosent vəzifəsinə təyin edilmişdir. 2008-2010-cu illər arasında Türkiyə ilə Qazaxıstan arasında körpü rolunu oynayan Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində çalışıb. Eyni zamanda, o, daxildə və xaricdə (Rusiya, Qazaxıstan, Makedoniya, Rumıniya, Ukrayna, Amerika, Kanada) bir çox beynəlxalq simpoziumlarda iştirak etmişdir.
7 dekabr 2011-ci il tarixində Ümumi Türk Tarixi kafedrasına professor vəzifəsinə təyin edilib. 19 yanvar 2012-ci il – 19 yanvar 2018-ci il tarixləri arasında Ümumi türk tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. Hal-hazırda İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Ümumi Türk Tarixi Bölməsinin professoru vəzifəsində çalışır.
Umay Ana Akademik Qadın Dərnəyinin (TÜRKKAB) və Türk Dünyası Qadınlar Birliyinin sədridir. Uydu Yücel evlidir, iki oğlu var. Danışdığı dillər: Rus və türk ləhcələrini yüksək səviyyədə bilməli, qazax, qırğız və tatar; Orta səviyyədə ingilis dili.
Tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən tanınmış alimlər, ictimai xadimlər və qadın təşkilatlarının nümayəndələri bir araya gələrək qadınların cəmiyyət həyatındakı rolu, onların elm, təhsil, mədəniyyət və sosial sahələrdəki fəaliyyətləri barədə fikir mübadiləsi apardılar.
Mən də çıxışımda Türk dünyasında qadın həmrəyliyinin gücləndirilməsinin, qarşılıqlı əməkdaşlığın və ortaq dəyərlərimizin qorunmasının vacibliyini vurğuladım. Qeyd etdim ki, bu gün Türk qadını yalnız ailənin dayağı deyil, eyni zamanda elm, təhsil, mədəniyyət, incəsənət və dövlət idarəçiliyi sahələrində mühüm nailiyyətlər əldə edən, cəmiyyətin inkişafına real töhfə verən bir qüvvəyə çevrilib.
Onu da bildirdim ki, Türk dünyası qadınlarının birliyinin möhkəmləndirilməsi, qarşılıqlı dəstək və həmrəylik ruhunun qorunması gələcək nəsillərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, ortaq mədəni irsimizin yaşadılmasına xidmət edir.
Azərbaycan qadınların beynəlxalq əməkdaşlığına, yeni təşəbbüslərə və birgə layihələrə həmişə açıqdır. Türk dünyası tarixində qadının yeri və rolu, çağdaş örnəklər, qadınların ictimai-siyasi həyatda fəallığının artması diqqət mərkəzinə gətirilib.
Zafer Tat adlı istifadəçinin paylaşımıTürk qadını sadəcə bir şəxsiyyət deyil; o, iman, ləyaqət və bir qəlbin mirasıdır.
Keçmişin duası, bu günün tərbiyəsi, sabahın ümidi kimi yaşayır.
Yeri gələndə dövləti yüksəldir, yeri gələndə ailəni dolandırır.
Onun baş geyimi-örtük adi parça deyil; Allaha təslim olmağın, cəmiyyətdə müqavimətin və batini paklığın simvoludur.
Türk qadını susarsa, səbirdir; danışırsa, hidayətdir…
Onun getdiyi yol adi bir küçə deyil; millətin namus yoludur.
O, döyüşə gedir və süfrə açır.
Övladlarını böyütməklə yanaşı, nəsil də qurur.
Zaman dəyişir, amma o dəyişmir. Çünki onun mahiyyəti ilahi əmanətdir.
O, Hayme Ananın ləyaqətini, Nənə Hatunun cəsarətini, Tomris Xatunun liderliyini, Qara Fatmanın möhkəmliyini daşıyır.
Zaman keçir, dövrlər dəyişir, amma türk qadınının zadəganlığı, əsaləti sönmədən qalır.
O, şöhrətlə deyil, səbrlə böyüyür və alqışlarla deyil, dua ilə yüksəlir.
Bu, nə Qərbin tətbiq etdiyi vitrin bəzəyi, nə də dəblə formalaşmış obrazdır. O, ənənənin ürəyindən qaynaqlanan bir zadəgandır.
O, iffəti ilə nümunə, lütfü ilə müəllimdir.
O, evdə ana, küçədə fiqur, cəmiyyətin ölçüsüdür.
İnsanlar onunla ailə qurur, mədəniyyət onunla çiçəklənir, İslam onunla dirçəlir.
Unutmayın:
Türk qadınları təkcə başlarını deyil, nəslini, əxlaqını, qəlbini, kimliyini də örtürlər.
Ona görə də bir xalqın taleyi onların zəhmətinin, duasının bolluğundan asılıdır.
Türk kadını, sadece bir kişilik değil; bir inanç, bir vakar, bir yürek mirasıdır.
O, geçmişin duası, bugünün terbiyesi, yarının ümidi olarak yaşar.
Yeri geldiğinde bir devleti ayağa kaldırır, yeri geldiğinde bir aileyi ayakta tutar.
Onun taşıdığı örtü bir kumaş değil; Allah’a teslimiyetin, toplumda direnişin ve iç dünyada arınışın simgesidir.
Türk kadını susarsa sabır olur, konuşursa irşat…
Yürüdüğü yol sıradan bir sokak değil; milletin şeref yoludur.
Savaşa da gider, sofra da kurar.
Çocuğunu yetiştirirken nesli inşa eder.
Zaman değişir ama o değişmez. Çünkü onun özü ilahi bir emanettir.
O, Hayme Ana’nın vakarını, Nene Hatun’un cesaretini, Tomris Hatun’un liderliğini, Kara Fatma’nın direnişini taşır.
Zaman geçer, çağ değişir ama Türk kadınının asaleti bozulmaz.
Şöhretle değil sabırla büyür, alkışla değil dua ile yücelir.
Ne Batı’nın dayattığı vitrin süsüdür, ne de modanın şekil verdiği bir suret.
O, geleneğin kalbinden süzülmüş bir asalettir.
İffetiyle örnek, zarafetiyle öğretmendir.
Evde anne, sokakta şahsiyet, toplumda ölçüdür.
İnsanlar onunla aile kurar, onunla kültür yaşar, onunla İslam dirilir.
Unutma:
Türk kadını, sadece başını değil; neslini, ahlakı, yüreği ve kimliği örter.
Bu yüzden bir milletin kaderi, onun elinin emeği ve duasının bereketindedir.
Kitablar,ş yayınlarla Türk
Çalıştayın elmi proqramına uyğun şəkildə məruzələrin dinlənildiyi beş sessiyada Türk Dünyasında qadınların sahibkarlıq potensialı və liderlik rollarına dair elmi müzakirələr aparıldı və müxtəlif elm sahələrini və peşəkar səviyyələri təmsil edən qadınların da böyük marağına səbəb oldu. Türk Dünyası qadınları üçün daha güclü gələcək üçün strateji gələcəyə baxış yaratmaq, region¬lararası kommunikasiya şəbəkələri¬ni gücləndirmək məqsədi daşıyan bu önəmli çalıştay yüksək səviyyəli institusional əməkdaşlığı ilə də diqqət çəkib…

Azerbaycan Türkçesi





