Erdem İnan: “Azərbaycanda son 1,5 ildə təxminən 2 milyon müştəri bazasına nail olmuşuq.”

0
25

Bu gün “Trendyol”un Azərbaycanda ofisinin açılış tədbiri baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Trendyol Group”un Baş İcraçı direktoru Erdem İnan tədbir haqqında məlumat verib. Daha sonra tədbirdə media nümayəndələrinin sualları cavablandırılıb.   Erdem İnan qeyd edib ki, şirkət Türkiyədə 300 mindən çox satıcı ilə çalışır:“Azərbaycanda son 1,5 ildə təxminən 2 milyon müştəri bazasına nail olaraq, ən çox geyim və ev tekstili məhsulları sataraq bu nöqtəyə gəlmişik. Türkiyə markaları qiymət, keyfiyyət performasında əlverişli nöqtədədir. 100 milyon məhsulu olan şirkətimiz Türkiyədə 300 mindən çox satıcı ilə çalışır”.