
Bakı şəhərinin Sulutəpə qəsəbəsi, xüsusilə Çiçək yaşayış massivi ərazisində yolların acınacaqlı vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub. Uzun illərdir vəd edilən təmir işlərinin həyata keçirilməməsi nəticəsində qəsəbədə nəqliyyatın hərəkəti çətinləşib.
Sakinlərin sözlərinə görə, yollar çalarlarla doludur və yağışlı havalarda və su ilə dolaraq keçirilməz hala gəlir. “Burada yaşamaq çətinləşib. Uşaqları məktəbə aparmaqda çətinlik çəkirik, avtomobillərimiz hər gün sıradan çıxır.”- deyə qəsəbə sakini Afət Həsənova bildirib.
Yerli idarəetmə orqanlarına dəfələrlə müraciət edildiyi halda, problemin hələ də həll olunmaması sakinlərin ümidlərini azaldıb.
İcra Hakimiyyətindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb. Lakin ekspertlər hesab edir ki, yol infranstrukturunun təmir edilməməsi təkcə nəqliyyat problemi yaratmır, həm də sakinlərin həyat tərzinə də mənfi təsir göstərir.
Sakinlər aidiyyəti qurumlara bir daha müraciət edərək, qəsəbə də təmir işlərinin tezliklə başlamasını tələb edirlər.

Azerbaycan Türkçesi



