Xalq Artistinin Bacısı Qocalar Evində Qalırmış

0
579

Son günlər   Xalq artisti Səyavuş Aslanın oğlunun evsiz qalması xəbərləri dolaşır. Sığınacağa yerləşdirilmiş oğul sakinlərlə yola getmədiyindən orada  sona qədər qala bilməyəcəyi də ehtimal edilir. Mədəniyyət yazarı Bahar Rüstəmlinin məsələ ilə bağlı manşetə çıxardığı xəbərinə şoxlu rəy yazılıb. Rəylərdən birində isə aktyorun oğlunun Bilgəh Qocalar evinə yerleşdirilməsi məsləhət görülür. Rəy yazan jurnalist : “Yalşın Rzazadənin bacısı və Əməkdar artist Rəqqasə Leyla Ramazanovanın  həyat yoldaşı da burada yaşayiblar” deyə qeyd edir.

Rəy sahibi ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini istədik. Öyrəndik ki,Yalçın Rzazadənin bacısı Sibirde yaşayaraq yerli radioların  birində “Qəlbin harayı”adlı müəllif proqramı aparırmış. İki oğlu olan xanım evladları evləndəkdən sonra evdən atılır və pis vəziyyətdə qardaşına pənah gətirir. Qardaşı isə onu Bilgəh Yaşlılar Ponsianatına yerləşdirir. 5 il sonra bel sütunu qırılan kiçik oğul arvadı tərəfindən tərk edilir və ana onun yanına köçür.

Rəqqasə Leyla xanımın həyat yoldaşı isə aktyor olub. Ailəsində problem yaşayan  aktiyor bir az yaşlanandan sonra xəstəliyə tutulub  yerimək qabliyəıtini itirib. Evinə dönə bilmədiyindən ponsianata üz tutub.