Hərbi Qənimətlər Parkındakı erməni tankını məhv edən igidimiz bəlli oldu

0
216

 

 

Herbi Qənimətlər Parkında  nümayiş olunan 11 erməni tankının birini, açılış günü Cənab Prezident İlham Əliyevin diqqətini çəkən tankı vuran əsgərin kimliyi bəlli olub. O əsgər  hazırda İstanbulda Başakşəhər Çam və Sakura xəstəxanasının travmatologiya bölməsində müalicə alan gazi Taleh Canalov vurub. Bu barədə gazini parki gəzməyə gedən döyüş yoldaşları məlumatlandırıb. Onlar gaziyə telefonla zəng edərək onu muştuluqlayıblar. Qeyd edək ki, Camalov müharibədə tank ekibində nişancı olub.  Fizulidən başlayan döyüş yolu Xocavəndə qədər uzanan qazimiz  10 erməni tankını məhv edib.

Qazi Taleh Camalov: Tank 8 saniyə içində atəş nöqtəsinə  qalxır və hədəfi vurur. Bunun 3 sanyəsi atəş aşmağa sərf olunur. Atəşdən sonra 5 sanyə içində isə atəş nöqtəsindən çıxır. 1 saniyə gecikmək məhv olmak deməkdir. Yani qarşı tərəfin atəşi altına düşürsən. Bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunan tank 3 saniyəyə atəş nöqtəsinə qalxır və atışdan sonra 3 saniyəyə atəş nöqtəsindən çıxırdı. Bu isə tank ekibinin peşəkarlığını göstərirdi.

Taleh Camalov peşəkar nişancı kimi həmin tankı məhv etməyi bacarıb. Hazırda gazimizin ən böyük arzusu  xəstəxanadan çıxdıqdan sonra döyüş meydanında məhv ettiyi tankla “görüşə” getməkdir.

Qazi Taleh Camalovla reportajı həftə içində oxuyacaqsınız.