Şərqiyyə Məmmədovanın Şikayəti Əsasında Azərbaycan Məktəbinin Qapısına Möhür Vuruldu

0
368

Bir neçə gündür ki, İstanbuldakı Azərbaycan dərnəkləri və bu dərməklərin nəzdində fəaliyyət göstərən məktəblər arasında qarşıdurma yaranmışdır. Hüseyn Cavid adına məktəbin rəhbəri və qurucusu Şərqiyyə Məmmədova sosial şəbəkələrdə müxrəlif açıqlamalar verərək Azərbaycanlı iş adamı Mübariz Mənsimovun onunla düşmənçilik etdiyini və məktəbi bağlatdırmaq üçün çalışdığını vurğulayıb. Məsələ ilə bağlı digər – Milli Qəhrəman Mübariz ibrahimov adına məktəbin rəhbəri yazıçı Aygün Həsənoğlu da açıqlama verdi.
Aygün Həsənoğlu Şərqiyyə Məmmədovanın ittihamlarına cavab olaraq bildirdi ki, Şərqiyyə Məmmədovanın şikayəti əsasında Novruz bayramı öncəsi onun rəhbərlik ettiyi məktəbin qapısı möhürlənib.

 

Aygün Həsənoğlu: – Mənim onun məktəbini bağlatmaq üçün Azərbaycan və Türkiyə dövlət qurumlarına şikayət etdiyim barədə verdiyi məlumatı əsassızdır və mətbuatı, ictimaiyyəti bilə-bilə aldatması yalan məlumat yaymaq məqsədi daşıyır. Dediklərinin əksinə olaraq, 15.03.2023-cü il tarixində Türkiyənin İstanbul şəhərindəki dərnək ofisimizdə
yerləşən məktəbimizə Türkiyənin dövlət qurumlarının 8 əməkdaşı gələrək bizdən şikayət edildiyini bildirmiş və lazımi araşdırma aparmışlar. Şikayətin Şərqiyyə Məmmədova tərəfindən edildiyi məlum olmuşdur. Məktəbimiz 4 gün bağlı qalmış, nəticədə şagirdlərimiz hazırlaşdıqları Novruz bayramını qeyd edə bilıməmişlər. Yoxlama aparan dövlət
qurumları ilə görüşdükdən sonra ofisimiz açılmışdır.

Hocalı Haber: Siz bu məsələdən sonra şikayətçi oldunuzmu?

A.H: -Görüş zamanı qarşı şikayət edə biləcəyim diqqətimə çatdırılsa da mən həmin məktəbdə oxuyan şagirdlərin təhsildən ayrı düşəcəyini və müəllimlərin maaşsız qalacağını nəzərə alıb şikayət etməyəcəyimi bildirmişəm.

H.H: Şərqiyyə Məmmədovanın açıqlamalarında siz və məktəb deyil daha şox iş adamı Mübariz Mənsimov hədəf alınıb.

A.H: -Milli Qəhrəman Mübariz İbrahimov adına məktəb Mübariz Mənsimov tərəfindən yaradılmamışdır. Məktəb, İxtiyar Abdalov tərəfindən 2016-cı ildə açılıb və 2017-ci ildən dərnəyimizin nəzdində fəaliyyət göstərir. İş adamı Mübariz Mənsimov 2022-ci ilin aprel ayından məktəbimizin kirayə pulunu və oktyabr ayından isə müəllimlərin kirayə haqlarını (maaş əvəzi) ödəməyə başlamışdır.
Məktəb, 5 illik tarixində daim Şərqiyyə Məmmədovanın hücumlarına məruz qalmışdır. 2023-cü ilin fevral ayında məktəbimizdə işləyən 3 müəllim işdən ayrılaraq Azərbaycana geri qayıtmışdır.
Onların yerinə iş üçün müraciət etmiş müəllimləri işə mən almışam. Ümumiyyyətlə, müəllimlərin işə qəbulu və işdən çıxarılması mənim tərəfimdən aparılır. Mübariz bəyin müəllimləri “şirnikləndirdiyi” barədə
Ş.Məmmədovanın iddialarının həqiqətlə heç bir əlaqəsi yoxdur. Müəllimlərin hamısı müəyyən yaş dövrünü keçmiş, Azərbaycanda universitet bitirmiş ali təhsilli pedaqoqlardır.
Şərqiyyə Məmmədovanın səsləndirdiyi iddialar tamamilə əsassızdır və qaralama məqsədi daşımaqdadır.

H.H: Mekteblerarası mübahisə İstanbul kimi şəhərdə belə azərbaycanlıların birlik ola bilməməsinin göstəricisi deyilmi?

A.H: -İstanbulda fəaliyyət göstərən bütün dərnək başqanlarını və məktəbləri özünə düşmən elan etməklə azərbaycanlılar arasında qarşıdurma, bölgəçilik, düşmənçilik əhval-ruhiyyəsi yaradan fəaliyyət, bölgədəki dərnəklərin birliyi ideyasına tamamilə ziddir, Azərbaycan Respublikasının diaspor siyasətinə və ümumi diaspor fəaliyyətinə ciddi zərər vurmaqdadır.

H.H: Sizcə bu qarşıdurma İstanbuldakı Azərbaycan toplumu arasında fikir ziddiyəti yaradarmı?

A.H: -Azərbaycan Kütləvi İnformasiya vasitələrinə şəxsim, Mübariz İbrahimov adına məktəb və onun kollektivi haqqında söylənən bu cür fikirlərə etibar etməmələrini tövsiyə edir və mövzudan xəbəri olmadan, məsələni
araşdırmadan hökm verən qələm adamlarını qınayıram. Məktəbimiz haqqında fikir demək istəyən hər kəsi məktəbimizə dəvət edirəm.